"Bu çətinliklərə də Sizin rəhbərliyinizlə qalib gələcəyik" - MƏKTUB

"Bu çətinliklərə də Sizin rəhbərliyinizlə qalib gələcəyik" - MƏKTUB

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Prezidentin saytına istinadla Ağdam rayonu, Zərgişalı kəndindən Allahverdi Məmmədovun məktubunu təqdim edir:

Hörmətli cənab Prezident.
Mənim 80 yaşım var. Dünyanı bürüyən bu pandemiya Azərbaycandan da yan keçmədi. Bu ağır günlərdə Sizin uzaqgörənliyiniz və qabaqlayıcı tədbirləriniz bizim qurtuluşumuz oldu. Aprel döyüşləri zamanı bizim kəndimizə gəldiniz və bizə ruh verdiniz. Çətin günlərdə bizimlə oldunuz. Yandırılıb dağıdılan evləri nəzarətə götürdünüz, lazımi tapşırıqlar verdiniz. Az müddətdə evlər tikildi, bərpa olundu. Bu evlərin açılışında Siz və Mehriban xanım Əliyeva da iştirak etdiniz. İnanırıq ki, bu çətinliklərə də Sizin rəhbərliyinizlə qalib gələcəyik. Arzu edirəm, heç zaman yorulmayasınız. Allah köməyiniz olsun. Azərbaycan xalqı fəxr eləsin ki, Sizin kimi dünya şöhrətli Prezidentimiz var. Allah Sizi qorusun, Siz də biz vətəndaşları.

Bütün xəbərlər Facebook səhifəmizdə