Azərbaycan sosial standartları ən yüksək tətbiq etmiş ölkələrdəndir - ŞƏRH ÖZƏL
“Koronavirus pandemiyası dövründə Azərbaycan dövlətinin və xalqının bu vəziyyətdən salamat, həmçinin struktur pozulmadan çıxarılması üçün Azərbaycan Prezidentinin göstərişi ilə çoxsaylı addımlar atılıb. Bu addımların bir qismi dünya praktikasına arxalanırdı. Çünki dünyanın hər yerində bu problem olduğuna görə, bütün ölkələr hazırki çətin vəziyyətdən çıxmaq üçün addımlar atır. Atılan addımların daha effektiv nəticə verənləri başqa ölkələr tərəfindən də tətbiq olunub. Lakin Azərbaycanda atılan addımların əksəriyyəti orijinal addımlardır. Yerli vəziyyətə uyğundur və bir çoxu Azərbaycanın ideya müəllifliyi ilə tətbiq olunmuş prinsiplərdir”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, atılan addımlardan ən vaciblərindən biri də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün kifayət qədər orijinal və heç bir ölkədə tətbiq olunmayan addımlardır: “Bu baxımdan atılan bu addımlar vaxtaşırı dəyişilir. Bu zaman həm yerli şərait, həm ölkədəki vəziyyət nəzərə alınır. Zaman dəyişdikcə ümumi standartlar tətbiq olunmaqla yanaşı, eyni zamanda hər həftə, hər ay yeni standartlar tətbiq olunur. Məsələn sonuncu olaraq cənab Prezidentin göstərişi ilə karantin vəziyyəti uzadılıb, eyni zamanda vəziyyətin yumşaldılması üçün müəyyən addımlar atılıb. Təsərrüfat subyektləri olanlara tətbiq olunan karantin qaydaları nisbətən yumşaldılıb”.
M.Ələsgərli vurğulayıb ki, cənab Prezident iqtisadiyyatın çökməməsi üçün pandemiya dövrünün şərtlərinə uyğun qərarlar verməklə həm təsərrüfat işləri yürüdülür, həm də əhalinin bu dövrdə iqtisadi və sosial baxımdan çətinlik çəkməməsi üçün müəyyən standartlar tətbiq olunur: “Ona görə Azərbaycan sosial standartları ən yüksək tətbiq etmiş ölkələrdəndir. Bütün bunların nəticəsində demək olar ki, cənab Prezident hər an xalqın vəziyyətini nəzərə alır və vəziyyətə uyğun olaraq yeni-yeni standartlar tətbiq edir. Azərbaycanın qəbul etdiyi qərarların orijinallığı məhz ondan ibarətdir ki, çevik standartlar hazırlanır və tətbiq olunur. Düşünürəm ki, pandemiya dövründən cənab Prezidentin vaxtında qəbul etdiyi qərarlar sayəsində Azərbaycan xalqı ən az itki ilə çıxmış bir xalq olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB