Koronavirus məhdudiyyətləri hansı ölkələrdə yüngülləşdirilir? ARAŞDIRMA
Avropada koronavirus səbəbindən ölənlərin sayı 100 mini keçsə də, epidemiyadan ən çox ziyan görən ölkələr olan İtaliya və İspaniyada yeni yoluxma hallarında azalma müşahidə edilir. Həftələrdir karantin rejiminin tətbiq edildiyi, məktəb və iş yerlərinin fəaliyyətinin dayandırıldığı bir sıra Avropa ölkələrində bu gündən başlayaraq məhdudiyyətlər tədricən aradan qaldırılır.
Almaniya

Almaniyada bu gündən etibarən qapalı sahəsi 800 kvadrat metrdən çox olan müəssisələrin fəaliyyətə başlamasına icazə verilib. Bununla yanaşı, avtomobil satıcıları, velosiped mağazaları və kitab mağazaları da fəaliyyətini bərpa edib. İdman salonları, restoranlar və barlar hələ də bağlıdır. Hökumət əhalini kütləvi yerlərdə maska taxmağa çağırır.
Çexiya

Çexiyada hökumətinin elan etdiyi beş addımlıq məhdudiyyət proqramının bu gündən icrasına başlanılıb. Belə ki, bu gündən etibarən avtomobil satıcıları və bazar yerləri yenidən açılıb. Peşəkar idmançılar idman fəaliyyətlərinə qayıda biləcəklər və ən çox 10 nəfərlik toylara icazə veriləcək. Bununla yanaşı, Çexiya vətəndaşlarına xaricə getmək icazəsi də verilib. Ancaq geri dönənlərdən iki həftə boyunca təcrid olunmaları tələb olunur. Qeyd edək ki, Çexiyada aprelin 27-dən etibarən qapalı sahəsi 200 kvadratmetr olan mağazaların açılmasına icazə veriləcək.
Polşa

Polşa da da məhdudiyyətlərin aradan qaldırılması istiqamətində ilk mərhələ bu gündən qüvvəyə minib. Bu gün parklar və meşə əraziləri ziyarətçilər üçün yenidən açılıb. Bu gündən etibarən gəzinti idman məqsədləri üçün icazə verildiyi bildirilsə də, hamıdan iki metr sosial məsafəni saxlamaq istənir. Qapalı sahə eni 100 kvadrat metrdən az olan müəssisələrin açılmasına icazə verilib. Bununla yanaçşı, dörd nəfərin kassa önündə növbə çəkməsi qadağan edilib.
Norveç

Burada uşaq bağçaları və sağlamlıq klinikaları bu gündən etibarən yenidən açılıb. Uşaqların öz oyuncaqlarını uşaq bağçasına gətirməsinə icazə verilmir və uşaq bağçası işçilərinə uşaqları mümkün qədər uzun müddət açıq havada saxlamaq tövsiyə edilir. Norveç 27 aprel tarixindən ibtidai, orta və liseylərin fəaliyyətindəki məhdudiyyətləri aradan qaldırır.
İspaniya

İspaniyada bəzi fabriklərin istehsalata qayıtmasına icazə verilib, tikinti yerlərində tikinti yenidən başlayıb. Ofis işçilərinin əhəmiyyətli bir hissəsi evdən işləməyə davam edir. Mağazalar, kafe və restoranlar hələ də bağlıdır. Cari məhdudiyyətlərin uzadılması ilə bağlı qərar qəbul edilməzzə, bu ölkədə karantin rejimi mayın 3-də bitəcək.
İtaliya

Ölkənin bəzi yerlərində kitab mağazaları, camaşırxana, dəftərxana ləvazimatları, uşaq geyimləri satan mağazalar yenidən açılıb. İT sektorunda istehsal edən şirkətlər də istehsalata qayıdıblar. İtaliyada karantin rejimi ilə bağlı məhdudiyyətlərin bitmə tarixi 4 maydır.
Avstraliya

Burada parklar və kiçik mağazalar yenidən açılır. Mayın 1-də daha böyük mağazaların, bərbərlər və gözəllik salonlarının açılması planlaşdırılır. Restoranların açılmasının isə mayın ortalarına planlaşdırıldığı bildirilir. Avstraliya hökuməti insanları tibbi maskadan istifadəyə və sosial məsafəyə riayət etməyə çağırış edir.
Danimarka

Danimarkada uşaq bağçaları və ibtidai məktəbləri yenidən fəaliyyətə başlayıb. Restoran və kafelər hələ də bağlıdır. 10-dan çox insanın iştirak etdiyi iclas və tədbirlər mayın 10-dək qadağan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB