Gənclər və İdman Nazirliyi tərəfindən "Armudu" layihəsi çərçivəsində gənclərin məşhurlarla görüşü ilk dəfə 02.02.2020-ci il tarixdə Azərbaycan "Gənclər günü" ndə reallaşdırılmışdı. SİA-nın məlumatına görə, layihənin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkil olunması və onların müxtəlif sahələrdən olan məşhur simalarla canlı ünsiyyətinə şəraitin yaradılmasıdır.
Cari ilin fevral ayında əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli nasir yazıçımız Baba Vəziroğlu və teatr və kino aktrisası, xalq artisti Mehriban Zəki ilə 300-ə yaxın gəncin iştirakı ilə görüş keçirildi. Layihənin davamı olaraq, koronavirus infeksiyası ilə bağlı ölkəmizdə elan edilmiş karantin müddətində #evdəqalinkişafet şüarı ilə 23 aprel 2020-ci il tarixdə saat 17:00-da gənclər tanınmış Azərbaycan aktyoru, şoumen, naşir, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə ilə onlayn görüşmək imkanı əldə edəcəklər. Əziz gənclər! Görüşdə iştirak etmək üçün qeyd olunan linkə daxil olmağınız xahiş olunur:
https://docs.google.com/forms/d/1EfyJjWj0iepCbqpFLtCqF-QHMqXVYGekWtlemQ8N5Hw/viewform?edit_requested=true Qeydiyyatdan keçmək mütləqdir! Son qeydiyyat tarixi:22.04.2020 Layihənin sosial media hesabı:https://www.facebook.com/armudulayihesi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB