Azərbaycan demokratiya, insan huquqları və əsas azadlıqlar ilə bağlı ohdəliyinə sadiqdir

Azərbaycan demokratiya, insan huquqları və əsas azadlıqlar ilə bağlı ohdəliyinə sadiqdir

Azərbaycan demokratiya, insan huquqları və əsas azadlıqlar ilə bağlı ohdəliyinə sadiq qaldığını bir daha numayiş etdirmişdir. O, inkişaf prosesində olan elektron məhkəmə sistemi ilə bağlı ətraflı məlumat vermişdir. Mustəqil fəaliyyəti və huquqi xidmətlərin keyfiyyətli olmasını təmin etmək ucun Vəkillər Kollegiyasında islahatlar aparılmışdır. Azərbaycan işgəncələrə qarşı mubarizənin aparılması sahəsində Avropa Şurası və Birləşmiş Millətlər Təşkilatı ilə fəal şəkildə əməkdaşlıq etmişdir və işgəncə ilə əlaqədar cinayət məsuliyyətini nəzərdə tutan qəti dozumsuzluk siyasəti həyata kecirmişdir.

Azərbaycan Avropa İnsan Huquqları Məhkəməsi qarşısında daşıdığı ohdəliklərə əməl etmişdir. Avropa İnsan Huquqları Məhkəməsi milli məhkəmələrin yekun qərarına istinadən insan huquqları pozuntusu aşkarladıqda həmin qərarlar milli qanunvericiliyin tələblərinə uyğun şəkildə nəzərdən kecirilmişdir.

Milli azlıqların huquqlarının mudafiəsi də, həmcinin Hokumətin əsas prioritetlərindən biri olmuşdur. Digər tədbirlər ilə yanaşı erməni dili də daxil olmaqla azlıqların dillərində televiziya və radio proqramları yayımlanmışdır.

Azərbaycan son 15 il ərzində ifrat yoxsulluğun aradan qaldırıldığını və mutləq yoxsulluğun 5,4 faizədək azaldığını vurğulamışdır. UDM 3.2, əhalinin umumi gəliri isə 9.8 dəfə artmışdır. İşsizliyin səviyyəsi 5 faizədək azalmışdır. Regional inkişaf proqramları başlıca olaraq regionları əhatə etmiş, o cumlədən 8,000 km uzunluğunda yollar, 300 korpu və tunel, əhalinin istifadəsi ucun nəzərdə tutulmuş 52 km uzunluğunda qaz boruları, 8,000 məktəb, 300 bağca və 451 xəstəxana inşa və bərpa edilmişdir. Təxminən 487 kənd tipli qəsəbədə 700,000 nəfər təmiz su təchizatı ilə təmin olunmuşdur.

Azərbaycan yaxın gələcəkdə Milli Məclis tərəfindən “Sağlamlıq imkanları məhdud şəxslər haqqında” qanun layihəsinin qəbul olunacağının gozlənildiyini bildirmişdir. Azərbaycan əlillik dərəcəsinin muəyyənləşdirilməsi ucun xəstəliklərin beynəlxalq təsnifatından istifadə etmişdir.

Azərbaycan həbsdə olan şəxslərin huquq mudafiəciləri ilə hec bir maneə olmadan əlaqə yarada bilməsini təmin etmək ucun zəruri tədbirlərin gorulduyu qeyd etmiş, dovlətin sərbəst toplaşmaq azadlığı və birləşmək huququnun icrasını təmin etdiyini və qanuni numayişlərin kecirilməsinə hec bir mudaxilə olmadığını bildirmişdir.

Azərbaycan, həmcinin insan alveri ilə bağlı 148 faktın aşkarlandığını qeyd etmişdir. Həbsdə olan 47 azyaşlı ilə bağlı muntəzəm qaydada monitorinq aparılmış və onların gələcəkdə cəmiyyətə yenidən inteqrasiyasına komək etmək məqsədilə onlar ucun komputer əsaslı təlim imkanları yaradılmışdır. İnteraktiv dialoq zamanı verilən aşağıdakı tovsiyələr Azərbaycan tərəfindən nəzərdən kecirilərək qəbul edilmişdir:

-İnsan hüquqlarına dair beynəlxalq sazişlərin ratifikasiyasının musbət dinamikasını qoruyub saxlamaq;

- İnsan hüquqlarına dair milli qanunvericiliyin insan hüquqlarına dair beynəlxalq standartlara uyğunlaşdırılmasını davam etdirmək;

-Milli qanunvericiliyi Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğunlaşdırmaq;

-İnsan hüquqları haqqında milli qanunvericiliyi insan hüquqlarına dair beynəlxalq standartlarla uyğunlaşdırmağa davam etmək (İordaniya);

-Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları uzrə Ali Komissarlığının hesabatın verilməsi və tədbirlərin gorulməsi uzrə milli mexanizmlərə dair təlimatına uyğun olaraq insan hüquqları ilə bağlı məsələlərin uyğunlaşdırılması, icrası, onlara dair hesabatın verilməsi və tədbirlərin gorulməsi üçün milli mexanizm yaratmaq;

-Dovlətin beynəlxalq insan hüquqları ilə bağlı qəbul etdiyi tovsiyələrin icrası uzrə tədbirlərin gorulməsi üçün daha geniş muəssisələrarası mexanizmin yaradılması ilə milli mexanizmləri gucləndirmək;

- BMT-nin sazişlərin icrasına nəzarət orqanları ilə bağlı seckilər üçün milli namizədi açıq və şəffaf proses əsasında təyin etmək;

- Təhlukəsiz, təmiz, sağlam və dayanıqlı muhitdən istifadə ilə əlaqədar insan hüquqları ilə bağlı ohdəliklər uzrə Xüsusi Məruzəçiyə dəvət gondərmək;

- İşgəncə və qəddar rəftarın digər formalarına qarşı mubarizə ilə bağlı qəbul edilmiş tovsiyələrin yerinə yetirilməsi istiqamətində işləri davam etdirmək;

- İnsan Hüquqları Şurasının mexanizmləri ilə əməkdaşlığı davam etdirmək;

Heydər Əliyev 1998-ci ilin dekabrında BMT-nin Ümumdünya insan hüquqları Bəyannaməsinin 50 illik yubileyi tədbirində bu barədə danışarkən demişdi: “Ölüm hökmünün ləğv olunması hansısa bir cinayətkara rəhm etmək məqsədi daşımır. Bu, ümumbəşəri, ümumxalq əhəmiyyətinə malik bir məsələdir. Ölüm hökmünün ləğv olunması onu göstərir ki, respublikamız, müstəqil Azərbaycan dövləti humanist siyasət aparan bir dövlətdir”. Bu faktlar və mülahizələr bizə - Azərbaycan ədliyyəsinin hakimlər korpusuna, sözün həqiqi mənasında, bir dərs idi. Heydər Əliyev çox yaxşı bilirdi ki, müstəqil məhkəmə hakimiyyəti yaratmadan mükəmməl siyasi sistem qurmaq mümkün deyil. Belə məhkəmə hakimiyyəti yaratmaq üçün isə ölkədə genişmiqyaslı məhkəmə-hüquq islahatları aparılmalı idi. Məhz ona görə də Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan “Məhkəmələr və hakimlər haqqında” Qanun qəbul edildi. Həmin qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər haqqında proqram xarakterli fərman imzalandı və ölkəmizdə məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinə başlanıldı.

Ölkəmizin məqsədi hüququn aliliyinin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsini təmin edən demokratik hüquqi dövlətin qurulması, bu sahədə Avropa dövlətlərinin zəngin təcrübəsindən istifadə edilməsidir. Son 10 ilə yaxın müddətdə Azərbaycanda hakimlərin yeni şəffaf seçki sistemi fəaliyyət göstərir. Biz bu müddətdə Avropa Konvensiyasını ənimsəyib, Avropa Məhkəməsinin presedent qərarlarını dərindən öyrənib, onları şərh etmək qabiliyyətinə malik hakimliyə namizədlərin hazırlanmasına və hakim vəzifələrinə seçilməsinə nail olmuşuq. Bundan başqa, tədbirdə belə bir fikir də səsləndirildi ki, Azərbaycanın Ali Məhkəməsinin təcrübəsi Avropa Konvensiyasını birbaşa tətbiq edən məhkəmələr üçün örnəkdir. Ali Məhkəmə ədalət mühakiməsini Avropa Konvensiyasına uyğun və öz diskresiyasına əsaslanaraq həyata keçirir. Avropa Məhkəməsinin ölkə ilə bağlı qərarlarından sonra milli məhkəmələrin qərarlarına yenidən baxır və bu zaman yol verilmiş səhvlərin təkrar edilməsinin qarşısını almağa, bunun üçün hakimlərin Avropa Məhkəməsinin qərarlarına yaradıcı yanaşmalarına, onları xüsusi dəqiqliklə öyrənmələrinə çalışır. Xatırladılmalı daha mühüm məqamlardan biri də budur ki, Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasındakı çıxışında Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin prioritetlərini müəyyən edərkən bu məqamları önə çəkmişdi: Korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq vasitəsilə qanunun aliliyinin gücləndirilməsi, mədəniyyət baxımından fərqli cəmiyyətlərin qarşılıqlı hörmət və anlaşma əsasında konsolidasiyası, sosial birliyin, insan hüquq və azadlıqlarının təmin edilməsi, gənclərin insan hüquqları və demokratiya məsələləri üzrə maarifləndirilməsi. Əslində, bu prinsiplər on illərdir ki, həm ulu öndərimizin, həm də möhtərəm dövlət başçımızın siyasi faliyyətinin əsas istiqamətlərini təşkil edir.

Ümummilli lider Heydər ƏLİYEV demişdir:” Hər bir şəxs Konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir.”

Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və Prezident İlham Əliyevin idarəetmədəki qətiyyəti sayəsində sürətli müasirləşmə yolu tutan müstəqil Azərbaycan Respublikası bu gün dünyanın inkişaf etməkdə olan dövlətlərinin önündə getməyi ilə xüsusi bir nümunə formalaşdırır. Beynəlxalq aləmdəki dostlarımız və tərəfdaşlarımız səmimi şəkildə etiraf edirlər ki, Azərbaycanın bütün uğurlarının təməlində ölkədə reallaşdırılan hərtərəfli islahatlar kompleksi dayanır. Təbii ki, bu islahatların sırasında ən çox nəzərə çarpan və müsbət nəticələr verən sahələrdən biri də məhkəmə-hüquq sistemində böyük uğurla həyata keçirilən və müasir dövrün tələblərinə cavab verən innovativ tədbirlərdir. Çox maraqlıdır ki, bizdə bu sahədə aparılan yeniləşmələr öz müsbət nəticəsini verdikcə Avropada həmin islahatları artıq Azərbaycanda uğurla reallaşdırılan məhkəmə-hüquq tədbirləri adlandırırlar. Məhz ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi sahəsində həyata keçirilən islahatlar, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında görülmüş möhtəşəm işlər, Prezident İlham Əliyevin bu sahənin dünya təcrübəsi səviyyəsinə qaldırılması üçün atdığı addımlar, məhkəmələrin və bütövlükdə ədliyyə strukturlarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi məqsədilə reallaşdırılan tədbirlər öz səmərəli bəhrələrini verməkdədir.

Vahid Ömərov

Fəlsəfə üzrə fəlsəfə doktoru,dosen

Bütün xəbərlər Facebook səhifəmizdə