Gömrükçülər daha 145 aztəminatlı ailəyə yardım ediblər FOTO/VİDEO

Gömrükçülər daha 145 aztəminatlı ailəyə yardım ediblər FOTO/VİDEO

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə dəstək tədbirləri davam etdirilir.

Komitədən SİA-ya verilən məlumata görə, DGK Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 145 aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə