Ruhunu şeytana satan müxalif “virtual terroristlər”

Ruhunu şeytana satan müxalif “virtual terroristlər”

İyirmi birinci əsrdə bütün bəşəriyyəti ağuşuna alan koronavirusa qarşı mübarizə olaraq karantin qaydalarına əməl etmək üçün "evdə qal" kampaniyasının aparıldığı, hamının evdə oturduğu bir vaxtda özünün evdə qalmağını “ev dustaqlığı”, “ev konslageri» kimi qələmə verərək və bu qanunları pozduğuna görə məsuliyyətə cəlb olunan şəxsləri “koronovirus məhbusları” elan edən ruhunu şeytana satan erməniqulbeçələrinin nə demək istədikləri bəllidir. Bu qədər həyasızlıq olar? Bu torpaqda yaşayasan, havasını udasan, bəhrələnəsən...

Harınlaşmaq, quduzlaşmaq, əxlaqsızlıq buna deyilir. Bu o quduzlardır ki, heç yerdə işləməyərək, bütün günü otaqlarından videolar çəkib, paylaşır, hər gün də xalqını, dövlətini, hətta ailəsini satan Sevinc Osmanqızının “bəh-bəh”li tərifləri və dilətutmaları ilə öz aləmində "siyasir şərhçi" edən xalqın onları qəbul etmədiyi 27 ildən çoxdur ki, tarixin zibilliyində eşələnən viruslardır. Bu o viruslardır ki, pandemiyaya qarşı görülən işləri siyasiləşdirərək, xaricdən aldıqları qrantları qazanmaq üçün bütün çirkin əməllərə əl atır. Bir də virus üçün fərqi yoxdur ki, sən hansı partiyanın üzvüsən. Amma təəssüf ki, "siyasi viruslar" üçün fərqi var.

Azərbaycanın güclənməsini istəməyən, onu daim tənəzzül edən, xaos, anarxiya girdabında boğulan bir ölkə kimi görmək istəyən antiazərbaycan dairələr bütün qüvvələrini cəmləşdirərək “ənənəvi üsullar”dan istifadə edərək ölkəmizə qarşı “qara piar” kampaniyası aparmaqla yanaşı, yeni məkrli planlar hazırlayıb, onları reallaşdırmaq üçün min bir oyundan çıxırlar. Onlar bu məqsədlə özünü “demokratik qüvvələr” adlandıran bir qrup marginal dəstədən-AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli kimi adını azərbaycanlı qoyan məxluqlardan və onların tör-töküntülərindən məharətlə istifadə edirlər. Və bu gün də Avropanın müxtəlif ölkələrində “mühacir” statusu ilə veyl-sərgərdan həyat tərzi yaşayan, xarici kəşfiyyat orqanları tərəfindən ələ alınan bəzi xəyanətkarların himayədarlığı və maliyyəsi ilə “söyüş makinası” funksiyasını yerinə yetirərək dövlətimizi, dövlətçiliyimizi və onların simvollarını alçaqcasına təhqir edən Qurban Məmmədov, Oruduxan Teymurxan, Tural Sadıqlı, Həbib Müntəzir, Vidadi İsgəndərli, Məhəmməd Mirzəli kimi milli dönüklər, “virtual terroristlər” bu məkrli və çirkin prosesin önündə gedərək antiazərbaycan şəbəkənin sifarişlərini yerinə yetirmək üçün ən əxlaqsız, mənəviyyatsız üsullara əl atırlar.

Lakin anlamırlar ki, Prezidentimizi xalq dəstəkləyir. Xalqın gücünün olduğu yerdə, heç bir xarici qüvvə nəsə etmək imkanına malik deyil.

"Bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən Prezidentəm, belə qüvvə olmayacaqdır"

Bəli, bu gün xalq öz Prezidentinə inanır və Onun yanındadır. Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bu yolun heç bir əhəmiyyəti yoxdur: “Burada özünü "müxalifət" adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da qalmayıb. Ona görə yeni "beşinci kolon"un yaradılması istiqamətində iş aparılır. Çünki indiki "beşinci kolon" öz sahiblərinin etimadını doğrultmur. Azərbaycanda çevriliş edə bilməyib, dırnaqarası inqilab edə bilməyib, xalqın dəstəyini qazana bilməyib, sadəcə, onlara müntəzəm olaraq verilən pulları mənimsəyib və beləliklə, öz havadarlarını pis günə qoyubdur. Odur ki, yeni beşinci kolon axtarışı gedir. Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək. Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır. Biz, öz daxili problemlərimizi, siyasi çəkişmələri xaricə ixrac etməməliyik. Birincisi, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən Prezidentəm, belə qüvvə olmayacaqdır. Ona görə bu, tamamilə mənasızdır".

Dövlət başçısı, həmçinin koronavirusun radikal müxalifət üçün, sanki göydəndüşmə bir «hədiyyə» olduğunu və bu virusun ölkəmizdə tuğyan etməsinə sevinənlərin ancaq xalqa düşmən olanlar olduğunu da bildirib: «Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq. Sözüm onda deyil, sözüm ondadır ki, siyasi islahatlar bu gün tam yeni bir konfiqurasiya yaradır. Əminəm ki, marginal qruplaşmaya yeni konfiqurasiyada yer yoxdur və olmamalıdır. Azərbaycan xalqı onları 27 il bundan əvvəl tarixin zibilxanasına atıbdır”.

Göründüyü kimi, ölkə başçısı radikal müxalifətin koronavirus dönəmi ilə bağlı bəyənilməyən addımlarının və gələcək üçün planlarının olduğunu qeyd edib. Radikal müxalifət belə gərgin situasiyadan öz xeyri üçün necə istifadə edə bilər, bu yöndə onların hansısa planı ola bilərmi? Mümkünsüzdür. Çünki 27 ildən çox müddət ərzində ancaq bütün mənliklərini 5-10 qrantlara satan Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı, Sevinc Osmanqızı…kimilər erməni lobbisinin təsiri altında olublar. AXCP sədri Əli Kərimli ilə “siyasi mühacirlər”in yeni vüsət almış sinxron fəaliyyətlərinin təməlini təşkil edən məqsəd və öhdəlik Azərbaycan hakimiyyətinin beynəlxalq təzyiqlərə məruz qalmasını təşkil etməkdir. Heç bir sosial bazaya və xalqın dəstəyinə sahib olmayan “Milli Şura” və radikal dindarlar formalaşdırdıqları trol dəstələri vasitəsilə sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti haqqında dezinformasiya tirajlayır, dövlət və dövlətçilik üçün zərərli ideyaların yayılması ilə məşğul olurlar.

Ancaq istər ölkə daxilindəki, istərsə də müxtəlif xarici ölkələrdə məskunlaşmış antimilli ünsürlər bilməlidirlər ki, gec-tez respublikamıza qarşı təxribatçı, yalançı-kamufulyajlı təbliğatı həqiqətlərin qarşısında tab gətirməyərək qısa müddətdə sabun köpüyü kimi dağılıb gedir və gedəcək də!. Vətən əxlaqından, milli mənlik şüurundan, məntiq və zəka gücündən mərhum olan, xalqa və milli dövlətçiliyin qəsdinə duran bu “ruhunu şeytana satan” xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə