“Prezident xalqın yanında olduğunu bir daha sübut etdi” Cavid Şahverdiyev

“Prezident xalqın yanında olduğunu bir daha sübut etdi” Cavid Şahverdiyev

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Cavid Şahverdiyev xalqın və dövlətin maraqları naminə atdığı qətiyyətli addımlara, verdiyi qərarlara görə, Prezident İlham Əliyevə öz minnətdarlığını bildirib: “Möhtərəm Prezident, Sizin bu ümumbəşəri bəlaya qarşı vaxtında verdiyiniz göstəriş və qərarlar nəticəsində koronavirus pandemiyasının başqa ölkələrlə müqayisədə Azərbaycana az təsir göstərməkdədir. Siz 2003-cü il prezident seçkiləri zamanı dediyiniz “mən hər bir vətəndaşın Prezidenti olacağam” tarixi fikriniz bütün dövrlərdə olduğu kimi, bu ağır və çətin dönəm də öz təsdiqini tapır. Siz Azərbaycan xalqının yanında olduğunuzu bir daha sübut etdiniz. Müstəqillik tarixində ilk dəfə belə ağır bəşər bəla ilə üzləşən ölkəmiz Sizin gördüyünüz qabaqlayıcı tədbirlər nəticəsində yoluxma və ölüm hallarının sayına görə, dünyanın elmi-texniki cəhətdən inkişaf etmiş ölkələrindən dəfələrlə aşağıdır. Bütün bunlar Ümum Dünya Səhiyyə Təşkilatının yaydığı siyahıda da öz təsdiqini tapır. Mən bir vətəndaş cəmiyyətinin nümayəndəsi kimi Sizin öz vətəndaşının sağlamlığını qorumaq və pandemiyanın yayılmasının qarşısını almaq üçün etdiyiniz səyləri yüksək qiymətləndirir və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk”.

Bütün xəbərlər Facebook səhifəmizdə