Koronavirus Paşinyana baha başa gəlir - TƏHLİL

Koronavirus Paşinyana baha başa gəlir - TƏHLİL

Və yaxud Nikol minlərlə ölkə vətəndaşların həyatlarını təhlükəyə atdığına görə erməni xalqı qarşısında cavab verməlidir

"Parlament və prezident seçkiləri”nin nəticəsindən narazı qalan ermənilər etiraz aksiyası keçiriblər. 200-dən çox erməni Xankəndidə "seçki” saxtakarlığına etirazını bildirib, nəticələrin ləğv olunmasını, qondarma qurumun rəhbəri Bako Saakyanın, "polis rəisi” Levon Mnatsakanyan və "Təhlükəsizlik Şurasının katibi” Arşavir Qaramyanın istefasını tələb ediblər. Narazı ermənilər "seçkilər”in mənasız olduğunu deyiblər. Onlar saxtakarlıq və qanunsuzluğun hökm sürməsindən şikayətləniblər. Ancaq bu şikayəti ölkənin baş naziri Nikol Paşinyan koronavirusun tuğyan etdiyi bir məqamda ancaq seçkilərin keçirilməsi üçün yenə də növbəti dəfə zorakılıq tətbiq edərək sakinləri seçkilərə qatılmağa vadar edib.

Ermənistan da koronovirusla bağlı fövqədadə vəziyyət erməni xalqına hansı xeyri var?

Məlum olduğu kimi, Ermənistan da koronovirusla bağlı fövqədadə vəziyyət elan olundu. Ancaq bunun erməni xalqına hansı xeyri var? Cavab bəllidir – Paşinyan öz məqsədlərini həyata keçirmək üçün koronavirusdan siyasi sui-istifadədə edərək seçkini keçirmək, rəqiblərini işdən çıxarmaqla oturduğu kreslosunu möhkəmlətmək...Məhz bütün dünyada koronavirusla bağlı kütləvi tədbirlərin təxirə salındığı zamanda Paşinyanın təkidi və planı əsasında qondarma “DQR”-də saxta “parlament və prezident” seçkiləri keçirildi. Paşinyan öz adamını ora rəhbər təyin etmək üçün hətta ikinci tur şousuna belə getdi. Ermənistan kimi kiçik ölkədə karantinlə vəziyyətə nəzarətin mümkünlüyü olduğu halda, o, ölkədə fövqəladə vəziyyət elan etdi. Və son qərarı isə siyasi rəqiblərini bu adla işdən azad etmək oldu.

Erməni mətbuatının yazdığına görə, Ermənistan prezidenti Armen Sarkisyanın fərmanı və baş nazir Nikol Paşinyanın təklifi ilə köhnə komandanın adamları olan İtaliya və Maltadakı səfir Viktoriya Bağdasaryan, Braziliyadakı səfiri Aşot Qaloyan da geri çağırılıb. Siyasi ekspertlər Paşinyanın koronavirusdan da öz siyasi məqsədləri üçün istifadə etdiyini bildirirlər.

Elşən Mustafayev: “Dünyanın hələ heç bir ölkəsində koronavirusa görə hansısa səfiri geri çağırmayıblar”

Siyasi ekspert Elşən Mustafayevin sözlərinə görə, dünyanı ağuşuna alan koronavirus pandemiyasının təhlükələrinə Ermənistannı baş naziri ciddi yanaşmır: «Pandemiyanın ilk günlərində Ermənistan hökumətinin başçısı Paşinyan koronavirus təhlükəsinə ciddi yanaşmırdı. Bu, ölkədə böyük həyəcan doğurdu. Hətta Nikol Paşinyan insanlara koronavirusun təhlükəli bir virus olmadığını demişdi. Dünyada hər kəs bunun ciddi bir təhlükə olduğunu bilib müxtəlif tədbirlər gördüyü halda, Paşinyan koronavirusun qripə bənzər bir şey olduğunu deyirdi. Sonra Paşinyan səhvini anladı və tamamilə fərqli siyasət yürütməyə başladı. O bilir ki, Ermənistan iqtisadiyyatı onsuz da zəifdir. Xalqın bu vəziyyətdə tələbləri daha da arta bilər. Ona görə də siyasi situasiyanı tam nəzarət altında saxlamaq üçün fövqəladə vəziyyət elan etdi. Halbuki, daha yumşaq qadağalarla bunu ötüşdürmək olardı. Bu vəziyyətdə, Paşinyan hətta qondarma qurumdakı mövqelərini də saxta “seçki” ilə bərkitdi. Son mərhələdə isə keçmiş hakimiyyətin dönəmində təyinat alan səfirləri geri çağırır. Çox absurd bir qərardı. Dünyanın hələ heç bir ölkəsində koronavirusa görə hansısa səfiri geri çağırmayıblar. Maraqlıdır ki, Paşinyan məhz koronavirusun daha çox yayıldığı İtaliyadakı səfiri geri çağırtdırıb. Bu addımları pandemiya ilə bağlamaq sadəcə gülüncdür. Hamısında siyasi məqsəd var. Bununla Paşinyan öz siyasi rəqiblərini neytrallaşdırır və hakimiyyətinin təhlükəsizliyini qoruyur. Bu bir daha sübut edir ki, Ermənistanda siyasi addımlar xalqın təhlükəsizliyi üçün deyil, hakimiyyətin qorunması məqsədilə atılır.

Həmçinin, ekspertlər Paşinyanın böyük məğlubiyyətini proqnozlaşdırır, Lakin işğal rejiminin rəhbərliyi isə zonada koronavirusa yoluxanların olmadığını iddia edir. Ara Papyan isə bunun yalan olduğunu bildirir və yoluxanların isə testdən keçirdikdən sonra bu iddianı etdiklərini bildirir: “Sərhədlərin bağlanmasına qədər yüzlərlə insan İrana gedirdi, minlərlə insan Ermənistanda olurdu, iri tədbirlərə – dəfnlərə qatılırdı, Ermənistandan gəlmiş çox sayda insanın qatıldığı yığıncaqlarda olurdular. Bundan başqa, orada pnevmoniyadan yatan çox sayda insan var”.

Beynəlxalq təşkilatların bəyanatı – saxta seçkilərə yox!

Həmçinin, beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər bəyanat verərək "seçkiləri” tanımadıqlarını bəyan ediblər. Bildirilib ki, koronavirusun geniş yayıldığı bir vaxtda Paşinyanın "seçkilər” keçirməkdə məqsədi Qarabağdakı separatçı rejimə öz adamını yerləşdirmək olub. O da qeyd olunur ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində koronavirus aşkarlanan kənd təcrid edilib. Laçın rayonunun ərazisinə daxil olan kəndə giriş-çıxış qadağan olunub. Bildirilib ki, koronavirusa yoluxanın təmasda olduğu insanların sayı məlum deyil. Onun ailə üzvləri və daha 20 nəfərlə təmasda olduğu ehtimal edilir.

Terrorçu "Sasna tsrer” partiyasının tərəfdarı olan keçmiş səfir, "Modus vivendi” mərkəzinin rəhbəri Ara Papyan erməni KİV-ə açıqlamasında deyib ki, ötən ayın sonunda keçirilən "seçkiləri” əslində seçki adlandırmaq olmaz. Bütün dünyada kütləvi tədbirlərin ləğv edildiyi, karantin tətbiq olunduğu bir vaxtda Qarabağda 76 min adamı küçələrə çıxarıb seçki məntəqələrinə aparmaq virusun yayılması üçün böyük risk yaradıb: "Deyirlər ki, Qarabağda yoluxma halı aşkarlanmayıb. Kim bunu axtarıb? Cəmi 29 nəfərdən analiz götürüblər. Üstəlik mən orada olmasam da dostlarım bildirir ki, bu seçkilər hansı pozuntularla keçib. Müxtəlif formalarda rüşvət verilməsi, seçicilərin ələ alınması, onlara təzyiqlər və təhdidlər barədə nəhəng həcmdə informasiyalar daxil olub”.

Sabiq səfir onu da əlavə edib ki, "prezidentlik” üçün hazırda favorit Arutyunyandır. Çünki o, köhnə klanın nümayəndəsi kimi həm Sarkisyanı, həm də baş nazir Paşinyanı qane edir.

ABŞ-dan Ermənistana vurulan tərs sillə…

Hadisələrin bu səpkidə cərəyan etdiyi bir vaxtda isə ABŞ-dan Ermənistana vurulan tərs şillə bu ölkədə əsl şok effekti yaradıb. Belə ki, ABŞ Qarabağ separatçılarına göstərdiyi birbaşa yardımı dayandırıb. Xatırladaq ki, erməni lobbi təşkilatlarının və konqresmenlərin fəal səylərinə baxmayaraq, ABŞ Qarabağ separatçılarına göstərdiyi birbaşa yardımı dayandırıb. Erməni mediası yazır ki, yardımın bərpası üçün bütün cəhdlər tam iflasa uğrayıb.

Erməni politoloq Qaqik Hambaryan isə qeyd edir ki, kimsə səhv başa düşürsə və ya fövqəladə bir şey olmadığını iddia edirsə, o halda mən deyərdim ki, bu, Ermənistan hakimiyyətinə siyasi mesaj və Tramp tərəfindən Paşinyana vurulan bir şillədir. Qeyd edib ki, Vaşinqtonun bu demarşı, hətta ABŞ-dakı kifayət qədər nüfuzlu erməni lobbisinin belə Tramp administrasiyasını bu qərarı yenidən nəzərdən keçirməyə inandıra bilmədiyini və Ermənistan-Amerika münasibətlərinin nə qədər utancverici olduğunu göstərir: "1.5 milyon dollar ABŞ üçün "simvolik” və cüzi bir məbləğdir, lakin bunun əhəmiyyəti çox böyük idi. Ermənistanla yanaşı, Qarabağa yalnız ABŞ dövlət səviyyəsində yardım göstərirdi və bununla da faktiki olaraq Bakı və Ankaranı əsəbiləşdirən de-fakto Qarabağı tanımış olurdu. Ankara və Bakı uzun müddətdir ki, bu yardımı ləğv etdirmək istiqamətində iş aparırdı. Ancaq Trampın bu qərarı təkcə Türkiyə-Azərbaycan lobbisinin fəaliyyətinin nəticəsi deyil, həmçinin Vaşinqtonda diqqətdənkənar qalmayan şeylərə yol verən Paşinyanın hərəkətlərinə Vaşinqtonun cavabıdır”.

Erməni yazar Qarabağdakı “seçkiləri” ələ saldı

Erməni yazar Mamiko Babayan yazır ki, fövqəladə vəziyyət şəraitində tanınmayan respublika ərazisində seçkilər keçirmək xalqın Paşinyana olan nifrəti artmaqdadır: «Çünki erməni xalqı artıq Paşinyana inanmır və bu seçkiləri qəbul etmir. Çünki Paşinyan məqsədlərinə çatmaq üçün xalqın taleyi ilə oynayır. Ona görə ki, Ermənistanda koronovirus baş qaldırandan Ermənistanın “DQR”lə “sərhəd”dəki buraxılış məntəqələri bağlamamışdı. “Sərhəd” müstəsna olaraq, Azərbaycan tərəfindən bağlanıb, Ermənistan tərəfdən isə malların daşınması üçün açıq olub. Həmçinin İran tərəfdən açıq olub – hansı ölkədə ki, koronavirus dəhşətli miqyas alıb».

Arsen Xaratyan: "İkinci tura getmək avantüraya bərabərdir"

Ermənistanın baş nazirinin keçmiş müşaviri Arsen Xaratyan hesab edir ki, qanunvericilik fövqəladə vəziyyətin tətbiqi ilə bağlı o qədər də aydın olmadığı üçün vəziyyət çətinləşə bilər: «Dağlıq Qarabağ konstitusiyasının 76-cı maddəsinin 2-ci bəndində deyilir ki, “fövqəladə vəziyyət zamanı seçki və referendum keçirilmir”. Amma ikinci turun keçirilib-keçirilmədiyi ilə bağlı heç bir qeyd yoxdur. Əgər fövqəladə vəziyyət elan olunsa, 31 mart seçkilərinin nəticələrini ləğv etmək və fövqəladə vəziyyət bitəndən sonra seçki üçün yeni tarix təyin etmək lazım gələcək”.

A.Xaratyanın sözlərinə görə, ikinci tura getmək avantüraya bərabərdir.

«Dağlıq Qarabağ Respublikası» Ermənistan da daxil olmaqla dünyanın heç bir ölkəsi tərəfindən tanınmayıb

Bu arada təhlükəsizlik üzrə yerli ekspert Raçya Arzumanyan bildirib ki, ermənilərin məskunlaşdığı «Dağlıq Qarabağ Respublikası» de-fakto müstəqil respublika kimi mövcuddur və bu respublika Ermənistan da daxil olmaqla dünyanın heç bir ölkəsi tərəfindən tanınmayıb.

Siyasi ekspertlər də bildirirlər ki, məhz bu səbədəndir ki, saxta “seçki”yə beynəlxalq ictimaiyyət də sərt münasibət bildirib. Avstraliya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Almaniya, Gürcüstan, İtaliya, Litva, Latviya, Malayziya, Moldova, Monteneqro, Norveç, Pakistan, Rumıniya, Rusiya, İsveç, Türkiyə, Ukrayna, ABŞ və dünyanın bir çox başqa ölkəsi, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, NATO, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası və GUAM bu “seçkilər”i pisləyərək, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edib.

ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, “Birləşmiş Ştatlar Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır. Müvafiq olaraq, biz bu “seçkilər”in nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir edəcək amil saymırıq”.

Lakin yenə də qəribədir ki, Qərbin aparıcı media qurumları Ermənistanın beynəlxalq hüquq normalarını pozması, həmçinin insanların həyatını təhlükəyə atmasını susqunluqla qarşılayır. Bu, təbii ki, erməni xalqını hiddətləndirir və Yerevanın bu addımları siyasi məqsədlər üçün atdığı bəllidir.

Paşinyan həyasızlığı ən azından diplomatik əxlaqsızlıqdır

Belə bir vəziyyətdə Paşinyan rejimi Qarabağda zor gücünə insanları ikimərhələli “prezident seçkiləri”nə sürükləməklə dünya sivilizasiyanın müqəddəs elan etdiyi dəyərlərin arxasına sığınmaqla, bu dəyərlərə hörmətsizlik edir və onun bu addımına göz yumulur. Çünki insan haqları, demokratiya, seçmək və seçilmək hüququnun azad olduğu bəyan edildiyi bir dünyada, belə bir şəraitdə, işğal edilmiş ərazilərdə, əhalinin pandemiya qorxusu səbəbindən evdən çölə çıxmağa icazə verilmədiyi bir zamanda biabırçı, qanunsuz, saxta seçkilərin keçirilməsinə ən mədəni şəkildə hörmətsizlikdən başqa bir ad vermək olarmı? Və bu seçkilərdən sonra dünyaya meydan oxumaq, “demokratik” mesajlar göndərmək ən azından diplomatik əxlaqsızlıqdır. Çünki yırtıcıların dumanlı havada ov etməyi xoşladığı kimi, Paşinyan da koronavirusun yaratdığı çətin məqamdan uğurla bəhrələnərək seçkilərin nə yolla olursa-olsun keçirilməsinə, həmçinin ona lazım olan adamın “prezident kürsüsünə” əyləşdirilməsini həyata keçirməkdir. Bu separatçı rejimin və Ermənistan hakimiyyətinin əhaliyə qarşı amansızlığıdır. Bu Paşinyan rejiminin qəddar, amansızlığıdır ki, ölümcül virusa yoluxma səbəbindən dövlət başçılarının zirvə toplantılarının, dünya çempionatlarının, Qələbə paradlarının, təhsilin təxirə salındığı, zavodların, fabriklərin bağlandığı, dünya miqyaslı firmaların fəaliyyətinin dayandırıldığı, ölkələrdə xüsusi rejimli karantin və fövqəladə hal elan edildiyi bir zamanda bütün təhlükələri göz önünə alan Qarabağ erməniləri rejimin qorxusundan seçki məntəqələrinə gediblər.

Lakin baş verən proseslər onu deməyə əsas verir ki, Paşinyan hakimiyyəti keçirilən bu qeyri-qanuni və saxta seçkilərə görə özünün düzgün siyasi qiymətini alacaq, tələm-tələsik seçkilər keçirərək minlərlə insanların, həm də işğal etdiyi ərazidə yaşayan və başqa ölkə vətəndaşları olan sakinlərin həyatlarını təhlükəyə atdığına görə insanlığa qarşı cinayət kimi dəyərləndirilməli, beynəlxalq hüquq qarşısında cavab verməli və cinayət məsuliyyətinə cəlb ediləməlidirdir.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə