Azərbaycan-Gürcüstan sərhədi mayın 4-dək bağlı qalacaq QƏRAR

Azərbaycan-Gürcüstan sərhədi mayın 4-dək bağlı qalacaq QƏRAR
Xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar Azərbaycan-Gürcüstan sərhədinin mayın 4-dək bağlı saxlanılmasına qərar verilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə