Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Gəncə şəhəri sakinləri Şükürov Elgiz Nəriman oğlu, Səfərova İradəMüsayib qızı, Abbasov Elşad Akif oğlu, İsmayılova Raminə və başqalarının dövlət başçısına ünvanladıqları məktubları təqdim edir:
Cənab Prezident.
Dünyanı bürüyən koronavirus pandemiyası Azərbaycana təsir etsə də, Sizin təşəbbüsünüzlə görülən işlər nəticəsində xalqımızın sağlamlığı qorundu, təhlükəsizliyi təmin olundu.
Sizin rəhbərliyinizlə həyata keçirilən mühüm tədbirləri, o cümlədən xalqın rifahının yaxşılaşdırılması üçün atdığınız addımları dəstəkləyir və bunlara görə Sizə minnətdarlığımızı bildiririk.
Pandemiyanın qarşısının alınması üçün görülən bütün işlərə görə Gəncə şəhərinin müəllim heyəti adından Sizə təşəkkür edirik. Yürütdüyünüz siyasəti dəstəkləyir və fəxr hissi ilə deyirik ki, müdrik və uzaqgörən siyasətinizi gənclərimiz arasında da təbliğ edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB