"Biz Sizinlə fəxr edirik" - MƏKTUB

"Biz Sizinlə fəxr edirik" - MƏKTUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Şəmkir şəhər sakini Bahar Hacıyevanın dövlət başçısına ünvanladığı məktubu təqdim edir:

Hörmətli cənab Prezident.

Dünyanı cənginə alan COVİD-19 pandemiyası, təəssüf ki, Azərbaycandan da yan keçmədi. Sizin uzaqgörənliyiniz sayəsində ölkəmizdə bu virusa qarşı mübarizə çox yüksək səviyyədə təşkil olunmuş, qısa zaman ərzində əhalinin qorunması ön plana çəkilmişdir. Ulu öndər Heydər Əliyevin siyasətini qoruyub saxladığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı Sizi və ailənizi qorusun. Əminik ki, gələcəkdə də bütün addımlarınızı xalqın rifahı naminə atacaqsınız. Sizə sonsuz təşəkkür edirəm. Biz Sizinlə fəxr edirik. Sizə və ailənizə möhkəm cansağlığı arzu edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə