Siz Azərbaycanı şanlı, qüdrətli, şərəfli ölkəyə çevirmisiniz - MƏKTUB

Siz Azərbaycanı şanlı, qüdrətli, şərəfli ölkəyə çevirmisiniz - MƏKTUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Gəncə şəhərindən Əliyeva Günel Fəxrəddin qızının dövlət başçısına ünvanladığı məktubu təqdim edir:

Hörmətli cənab Prezident.

Dahi Üzeyir Hacıbəyli vaxtilə gördüyü bir mənzərədən təsirlənərək demişdi: “Elə yaşamalıyam, elə yaratmalıyam ki, yaşadığım hər gün, yaratdığım hər bir əsər tarixin dilli yaddaşı olsun”.

Cənab Prezident, Sizin bu xalq üçün verdiyiniz hər bir sərəncam, ona göstərdiyiniz hər bir qayğı, sevgi tarixin dilli yaddaşı olub və olacaqdır. Siz gecənizi gündüzünüzə qataraq Azərbaycanı şanlı, qüdrətli, şərəfli ölkəyə çevirmisiniz. Biz güclüyük ona görə ki, bu xalqı qoruyan Siz varsınız.

Biz Sizinlə birlikdə öz mədəniyyətimizlə, incəsənətimizlə, tolerantlığımızla dünyanı fəth edirik. Allah Sizi qorusun.

Bütün xəbərlər Facebook səhifəmizdə