Azərbaycanda ümumi 1373 nəfər virusa yoluxub 590 nəfər sağalıb

Azərbaycanda ümumi 1373 nəfər virusa yoluxub 590 nəfər sağalıb

Hazırkı dövrədək ölkəmizdə 1373 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Belə ki, onlardan 590 nəfər müalicə olunaraq sağalmış, 18 nəfər vəfat etmiş, 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə