33 nəfər koronavirusa yoluxub 62 nəfər sağalıb, 3 nəfər vəfat edib

33 nəfər koronavirusa yoluxub 62 nəfər sağalıb, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.

Məlumata əsasən, 62 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat etmişdir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə