"Əgər xalq öz rəhbərindən ruh alırsa..." - PREZİDENTƏ YAZIRLAR

"Əgər xalq öz rəhbərindən ruh alırsa..." - PREZİDENTƏ YAZIRLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Salyan rayonu, Yolüstü kənd sakinləri Ağarzayev Anar Müslüm oğlu, Mehdiyev Tural Balaxan oğlu, Hüseynov Cavid Əlisəf oğlu, Bəşirov Yaqub Qarakişi oğlu və başqalarının dövlət başçısına ünvanladıqları məktubu təqdim edir:

Hörmətli cənab Prezident.

Sizə ünvanladığımız təşəkkür məktubları xalqın doğrulan ümidlərinin sədasıdır. Biz bu sözləri böyük fərəh hissi ilə yazırıq.

Dünyanın dörd bir yanında fitnə-fəsadlar törədən, insanları gərginlik içində saxlayan koronavirus pandemiyası bizi nə qədər məyus etsə də, bu gözəgörünməz düşmənə qarşı Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan mübarizə bizi bir o qədər nikbin olmağa ruhlandırır. Əgər xalq öz rəhbərindən ruh alırsa, onun mənəvi dəstəyini hiss edirsə, nə xoş bizim halımıza!

Qayğıkeş və əziz Prezidentimiz, bir çağırışınız yetər ki, dağı dağ üstünə qoyaq. İnşallah, bu çətin günlərimizi də tezliklə tarixin yaddaşına köçürəcəyik. Necə ki, o tarixdə xalqımızın adı hər zaman mərdlik nümunəsi kimi göstərilib. Ulu Tanrıdan xalqımıza möhkəm cansağlığı diləyirik.

Bütün xəbərlər Facebook səhifəmizdə