Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA bu məktubların daha bir neçəsini təqdim edir:
Ağarzayev Anar Müslüm oğlu, Mehdiyev Tural Balaxan oğlu, Hüseynov Cavid Əlisəf oğlu, Bəşirov Yaqub Qarakişi oğlu və başqaları Salyan rayonu, Yolüstü kəndindən yazır:
Hörmətli cənab Prezident.
Sizə ünvanladığımız təşəkkür məktubları xalqın doğrulan ümidlərinin sədasıdır. Biz bu sözləri böyük fərəh hissi ilə yazırıq.
Dünyanın dörd bir yanında fitnə-fəsadlar törədən, insanları gərginlik içində saxlayan koronavirus pandemiyası bizi nə qədər məyus etsə də, bu gözəgörünməz düşmənə qarşı Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan mübarizə bizi bir o qədər nikbin olmağa ruhlandırır. Əgər xalq öz rəhbərindən ruh alırsa, onun mənəvi dəstəyini hiss edirsə, nə xoş bizim halımıza!
Qayğıkeş və əziz Prezidentimiz, bir çağırışınız yetər ki, dağı dağ üstünə qoyaq. İnşallah, bu çətin günlərimizi də tezliklə tarixin yaddaşına köçürəcəyik. Necə ki, o tarixdə xalqımızın adı hər zaman mərdlik nümunəsi kimi göstərilib. Ulu Tanrıdan xalqımıza möhkəm cansağlığı diləyirik.
Gəncə şəhərindən Günel Əliyeva Prezidentə ünvanladığı məktubda qeyd edir:
Hörmətli cənab Prezident.
Dahi Üzeyir Hacıbəyli vaxtilə gördüyü bir mənzərədən təsirlənərək demişdi: “Elə yaşamalıyam, elə yaratmalıyam ki, yaşadığım hər gün, yaratdığım hər bir əsər tarixin dilli yaddaşı olsun”.
Cənab Prezident, Sizin bu xalq üçün verdiyiniz hər bir sərəncam, ona göstərdiyiniz hər bir qayğı, sevgi tarixin dilli yaddaşı olub və olacaqdır. Siz gecənizi gündüzünüzə qataraq Azərbaycanı şanlı, qüdrətli, şərəfli ölkəyə çevirmisiniz. Biz güclüyük ona görə ki, bu xalqı qoruyan Siz varsınız.
Biz Sizinlə birlikdə öz mədəniyyətimizlə, incəsənətimizlə, tolerantlığımızla dünyanı fəth edirik. Allah Sizi qorusun.
Alla Tağlıyeva Bakıdan yazır:
Hörmətli İlham Heydər oğlu.
Koronavirus epidemiyası şəraitində ölkəmizdə əhalinin, o cümlədən yaşlı insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı gördüyünüz tədbirlərə görə ahıl insanlar adından Sizə dərin minnətdarlığımızı bildiririk. Hər bir vətəndaş Vətənini sevməli, onun qarşısında məsuliyyətini dərk etməlidir. Bir həftə əvvəl AzTV kanalında Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun konserti nümayiş etdirilirdi. O, yeni yaşayış massivindəki binalardan birinin mənzilinin eyvanında çıxış edirdi. Bir saatdan çox davam edən bu konsertdən təsirlənərək, mən də öz sevgimi aşağıdakı şeirlə ifadə edirəm:
Evlərinə çəkilib daldalandı insanlar,
Bəlalardan yayınıb, olmadılar heç rahat.
Bir tikə göy üzüydü eyvanda, bir də Günəş,
Ağır bir dərs keçirdi indi onlara həyat.
Qəfil göyün üzündə bir nəğmə süzdü sanki,
Qorxu qeybə çəkildi – elə bil heç yox imiş.
O nəğməyə qoşuldu eyvandakılar bir-bir
Süzür, süzür göylərdə – o nəğmə bir azad quş...
Bacı-qardaş kimiydi eyvanlarda adamlar
Açdı öz ağuşunu onlara nəğmə bu an.
Qarşıdakı eyvandan sevgi bağışlayırdı
Bir də ki ürəyini o nəğməni oxuyan.
“Hər şey yaxşı olacaq” – oxuyurdu nəğməkar,
Onun saf səsindəcə ümid çiçəkləyirdi.
Hər kəs öz eyvanından alqışlayırdı onu,
Sevinc içində gözlər göz yaşı çiləyirdi.
Qürurla döyünürdü ürəyi insanların!
Bayrağımız qalxmışdı eyvanında dünyanın!
Gəncədən Tatyana Orlinskaya yazır:
Hörmətli cənab Prezident.
Hamımız Sizin ölkəmiz və xalqımız üçün necə böyük işlər gördüyünüzün şahidiyik. Sizin qətiyyətiniz və fədakarlığınız bu günlər daha qabarıq görünür və bu, vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir.
Siz hər zaman xalqı düşünürsünüz. Bizlərə verdiyiniz dəstəyə və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizinlə fəxr edirik.
Quliyev Sayad, Şükürov Yalçın, Əzizov Rüfət, Vahabov İsmayıl və başqaları Lənkəran rayonu, Şürük kəndindən yazırlar:
Hörmətli cənab Prezident.
Ulu Öndərin layiqli davamçısı kimi Siz xalqımızın qayğısına qalır, hər kəsin zəhmətini qiymətləndirirsiniz.
Əziz Prezidentimiz, Sizin bizlərə verdiyiniz ata nəsihəti, dəyərli tövsiyələr, sağlamlığımızın qorunması üçün göstərdiyiniz qayğı ümid verir ki, dünyanı bürüyən koronavirus bəlasından tezliklə qurtulacağıq.
Həm ölkəmizdə görülən işlərə, həm də stimulverici müraciətlərinizə görə Sizə və Mehriban xanıma minnətdarıq. Sizlərin hər bir sözü, qayğısı bizim üçün daha işıqlı sabahlara ümiddir.
Rəşad Rəfiyevdən, Qəbələ, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizi salamlayır və hər vaxtınızın xeyirli olmasını arzu edirəm.
Cənab Ali Baş Komandan, bu məktubu Sizə yazmaqda məqsədim şəxsinizə olan hörmət və ehtiramımı, minnətdarlığımı bildirməkdir.
Qəbələ rayonunda sadə, aztəminatlı bir ailədə böyümüş, bir çox çətinliklər görmüş və hər zaman şükür etmiş bir vətəndaş kimi bu çətin günlərdə də Sizinlə bərabər olduğumu söyləmək istəyirəm.
Bəli, cənab Prezident, Siz söylədiyiniz kimi, “Biz birlikdə güclüyük!”
Sizdən özünüzə yaxşı baxmağı, özünüzü qorumağı xahiş edirik. Çünki bu xalqın Sizin kimi liderə hər zaman ehtiyacı var. Allah Sizi qorusun.
Rəfiyev Rəşad Ədalət oğlu Qəbələ rayonunun Şamlı kəndindən yazır:
Hörmətli cənab Prezident.
Sizi salamlayır və hər vaxtınızın xeyirli olmasını arzu edirəm.
Cənab Ali Baş Komandan, bu məktubu Sizə yazmaqda məqsədim şəxsinizə olan hörmət və ehtiramımı, minnətdarlığımı bildirməkdir.
Qəbələ rayonunda sadə, aztəminatlı bir ailədə böyümüş, bir çox çətinliklər görmüş və hər zaman şükür etmiş bir vətəndaş kimi bu çətin günlərdə də Sizinlə bərabər olduğumu söyləmək istəyirəm.
Bəli, cənab Prezident, Siz söylədiyiniz kimi, “Biz birlikdə güclüyük!”
Sizdən özünüzə yaxşı baxmağı, özünüzü qorumağı xahiş edirik. Çünki bu xalqın Sizin kimi liderə hər zaman ehtiyacı var. Allah Sizi qorusun.
Biləsuvardan Elminaz Miriyeva yazır:
Hörmətli cənab Prezident.
Dünyada geniş yayılmış yeni koronavirus infeksiyasının törətdiyi fəsadlar bütün bəşəriyyəti ölüm təhlükəsi ilə üz-üzə qoyub. Dünyanın bir sıra qabaqcıl ölkələri bu virusla mübarizədə çətinlik çəkir. Sizin bu hadisəyə çevik reaksiyanız, məqsədyönlü addımlarınız, zamanında verdiyiniz qərarlar sayəsində ölkəmiz pandemiyaya qarşı uğurla mübarizə apara bildi.
Bu mübarizədə zəhmət çəkən, sağlamlığımızın keşiyində duran tibbi heyətin, gecə-gündüz yorulmadan çalışan polis əməkdaşlarının, hərbçilərin, aidiyyəti dövlət qurumlarının işçilərinin əməyinin yüksək dəyərləndirilməsi bir dövlət başçısı olaraq Sizin uzaqgörən siyasətinizin göstəricisidir. Əziz Prezidentimiz, biz biləsuvarlı qadınlar əminik ki, bütün çətinliklərə sinə gərdiyimiz kimi, bu sınaqdan da üzüağ çıxacağıq. Biz birlikdə yenidən ölkəmizin və xalqımızın xoş günlərinə şahidlik edəcəyik. Biz birlikdə güclüyük! Tanrı Sizi, xalqımızı və dövlətimizi qorusun.
Sosella Bayramova Tərtər rayonundan yazır:
Möhtərəm cənab Prezidentimiz.
Son vaxtlar dünyada geniş yayılmış koronovirus infeksiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Ölkəmizdə bu infeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atılır. Həmişə olduğu kimi, indiki çətin günlərdə də Siz kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut edirsiniz. Hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir.
Cənab Prezident, böyük bir bəla olan koronovirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə bir ana, nənə, cəbhə bölgəsində yaşayan Azərbaycan vətəndaşı kimi dərin minnətdarlığımı bildirirəm. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Allah Sizi qorusun!
Mirzəzadə Bəylər Şahin oğlu, Axundov Piri Fərhad oğlu, Əfəndiyev Sadiq Qəhrəman oğlu, Həsənov Babək Mikayıl oğlu və Azərbaycan Texnologiya Universitetinin müəllimləri Gəncə şəhərindən yazırlar:
Hörmətli cənab Prezident.
Dünyanın ən güclü ölkələri belə koronavirus pandemiyasının qarşısında çarəsiz qaldığı halda, müdrik siyasətiniz sayəsində ölkəmizdə səmərəli tədbirlər görüldü. Sizin sayənizdə ölkəmiz bu bəlaya minimum itkilərlə qalib gələcək.
Xalqın rifahına dəstək məqsədilə də mühüm addımlar atıldı. İşini itirən və işləməyən insanların heç biri darda qalmadı. Bu qayğınız üçün Sizə minnətdarlıq edərək daim yanınızda olduğumuzu bildiririk.
Sumqayıtdan Şəbnəm Məmmədova yazır:
Çox hörmətli cənab Prezident.
Bütün dünyanın böyük narahatlıq keçirdiyi bir vaxtda millətimizin qayğısına qaldığınıza görə Sizə minnətdarlığımı bildirir, “Çox sağ olun!” deyirəm.
Mən Sizə daim çox böyük hörmət və ehtiram bəsləmişəm. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, xalqımızın qayğısına qaldığınız üçün Sizə hörmətim min qat artdı. Artıq bunu sözlə ifadə etmək mümkün deyil.
Cənab Prezident, Allah Sizi qorusun. İnşallah, bu çətin vəziyyətdən də tezliklə çıxarıq və birlikdə gözəl günlərimizə qayıdarıq. Sizin kimi dövlət başçımız olduğuna görə çox xoşbəxtik.
Cəlilabad rayon sakini Xəzər Abbaszadənin məktubundan:
Möhtərəm cənab Prezident.
Sizə öz adımdan və Cəlilabad şəhər sakinləri adından dərin minnətdarlığımızı bildirmək istəyirəm.
Əziz Prezidentimiz, Sizin uzaqgörən siyasətiniz nəticəsində xalqımız koronavirus pandemiyasından ən az zərərlə qurtulmaq üzrədir. Həyata keçirilən bütün tədbirlər sübut edir ki, Sizin siyasətinizin mərkəzində Azərbaycan xalqı dayanır. Bu çətin günlərimizdə əhaliyə hərtərəfli dəstəyiniz Sizin humanistliyinizin baris nümunəsidir.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olaraq, biz tələbələrə göstərilən qayğıya görə də Sizə təşəkkür edirəm.
Allah Sizin kölgənizi xalqımızın üzərindən əskik etməsin.
Əminik ki, bundan sonra da Azərbaycanımızı Sizinlə bərabər xoş sədalı, işıqlı günlər gözləyir. Biz Sizinlə güclüyük.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB