Bərdədə "Qarabağ Çörək" zavodu ehtiyacı olan ailələrə ərzaq yardımı göstərib - FOTOLAR
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aztəminatlı ailələrə, imkansız şəxslərə dəstək məqsədilə Bərdə rayonunda fəaliyyət göstərən Qarabağ Çörək" zavodunun rəhbəri Fizuli İsmayılovun təşəbbüsü ilə ərzaq yardımı kampaniyası keçirilib. Aksiya çərçivəsində çörək zavodunun rəhbərliyi tərəfindən Bərdə şəhəri ərazisində və kəndlərdə yaşayan aztəminatlı və şəhid ailəsinə, həmçinin Qarabağ müharibəsi əlilləri və imkansız şəxslərə ərzaq bağlamaları paylanılıb.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək rayon icra hakimiyyəti tərəfindən həyata keçirilən yardım aksiyasına rayon ərazisində fəaliyyət göstərən çoxlu sayda sahibkar könüllü olaraq qoşulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB