Dövlət vətəndaşın sosial problemləri ilə yanaşı onun sağlamlığını da düşünür ÖZƏL-MÜNASİBƏT
Ötən dövrdə Azərbaycanda görülən işlər əslində, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, o cümlədən də əhalinin yaşayış tərzinə mənfi təsirinin qarşısının alınması mahiyyətini daşıyır. Bu sözləri SİA-ya müsahibəsində iqtisadçı Ruslan Atakişiyev deyib.
İqtisadçının sözlərinə görə, xarici ölkələrdə işsizliyin səviyyəsi getdikcə artır. Azərbaycanda işsizliyin qarşısının alınması üçün qəti tədbirlər görülür, muzdla çalışan işçilərin əməkhaqlarının verilməsi üçün sahibkarlıq subyektlərinə dəstək verilir: “Həmçinin vergi ödəyicilərinə də 2019-cu ildə ödədikləri vergilərin geri qaytarılması forması ilə dəstək verildi ki, bununla da sahibkarlıq subyektlərində işsizlik problemi yaranmasın. O cümlədən də müqaviləsi olmayan şəxslər, qeyri-rəsmi işləyənlər üçün də məşğulluq vasitəsi ilə müraciətlərə baxıldı. 200 min nəfərin müraciət edəcəyi gözlənilsə də, hazırda bu rəqəm 600 mini ötüb. Ölkə başçısı bununla bağlı 600 min insana 190 manat pul verilməsi qərarını verdi ki, bu da əslində insanların evdə qalmasının belə deyək ki, lüzumunu göstərməklə yanaşı, onlara bir dəstək də edildi. İnsanlara verilən maliyyə dəstəyinin məqsədi budur ki, onlar zəruri ehtiyaclarını ödəməklə evdə qala bilsinlər. Belə deyək ki, bununla yanaşı əsas tədbirlərdən biri, ölkədə ərzaq çatışmazlığı və yaxud da qiymət artımı kimi problemlər yaranmasın deyə ərzaq istehsalı və onun ticarəti ilə məşğul olan qurumların karantin dövründə fəaliyyətinin davam etdirilməsi, o cümlədən kənd təsərrüfatı istehsalı, satışı və emalı ilə məşğul olan sahələrin də karantin dövründə fəaliyyətinin təmin olunması məsələləri öz əksini tapıb. Bununla yanaşı olaraq da belə deyək ki, sırf qida, ərzaq və xüsusən də dərman ləvazımatları, gigiyenik ləvazımatlarla məşğul olan sahələrdə, yəni, istehsalı və ticarəti ilə məşğul olanları istər idxal rüsumlarından, istəsə də əlavə dəyər vergisindən azadolma, həm də, müxtəlif təsirə məruz qalanların sadələşmiş vergisi, mənfəət vergisinin müəyyən dərəcədə azaldılması və sair, bunlar ölkədə aparılan tədbirlərdir. Məqsəd qiymət artımının qarşısını almaq, o cümlədən də əhalinin ərzaq təminatının davamlı olmasına köməklik göstərməkdən ibarətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB