“İctimaiyyət dağıdıcı qüvvəni dəstəkləmir, arxasınca getmir” - DEBAT (SƏS TV)
Böyük Qurtuluş Partiyasının Ali Məclisinin sədri Əjdər Əliyev, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat və təbliğat katibi Əli Orucovun SƏSTV-də debatı:
- Ölkədəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
Aydın Hüseynov - Ölkədəki ictimai-siyasi vəziyyəti çox yüksək dərəcədə qiymətləndirirəm. Azərbaycan Respublikası artıq həm iqtisadi, həm də siyasi baxımından möhkəmlənmiş, inkişaf etmiş bir ölkədir. Ölkədə demokratik dəyərlər, eləcə də insanların hüquqlarının qorunması, hakimiyyətlə xalq arasında münasibət baxımından işlər yüksək səviyyədə qurulub. Eyni zamanda, Azərbaycan Respublikası stabillik baxımından sabit bir ölkədir. Xüsusilə də Azərbaycanda son illər əldə olunan iqtisadi nailiyyətlər həm xarici, həm də yerli ekspertlər tərəfindən çox yüksək qiymətləndirilir. Ölkənin təbii resursları, potensial imkanları, əmək resursları çox düzgün şəkildə qiymətləndirilərək hərəkətə gətirilir. Elə bunun nəticəsidir ki, birinci rübün yekunlarında ölkəmizdə 1.6 faiz artım müşahidə olunub. Bu isə onu göstərir ki, ölkə iqtisadiyyatında neft sektoru ilə yanaşı digər sektorlar da inkişaf edir.
- Ölkəmizdə stabilliyin hökm sürdüyü qeyd olundu. Düşünmürsünüz ki, ərəb ölkələrindən ruhlanan bəzi qüvvələr bu sabitliyi pozmağa cəhd edirlər. Bunu təəccüb və təəssüf doğuran hal kimi qiymətləndirmək olarmı?
Əjdər Əliyev - Şübhəsiz ki, Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur. Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş ölkələr sırasına daxil olmağa başlayıb. Əhalinin müəyyən hissəsi problemlər yaşasa da ümumilikdə sosial vəziyyəti nisbətən qənaətbəxş hesab etmək olar. Subyektiv amillər olduğu kimi obyektiv amillər də mövcuddur ki, onları aradan qaldırmağa səy göstərmək lazımdır. Biz partiya olaraq buna daha çox önəm veririk. İlk növbədə yaxşı olardı ki, Azərbaycanın gəlirlərinin çoxalması fonunda əhalisinin yaşayış səviyyəsi də ona adekvat olardı. Bu cəhətdən müəyyən qədər problemlərimiz var. Bu yaxınlarda ölkə başçısın təqaüdlərin artırılması ilə bağlı verdiyi vədləri yüksək qiymətləndiririk. Güman edirik ki, bu müəyyən qədər problemlərin həllinə yardımçı olacaq. Eyni zamanda, bu yaxınlarda baş verən başqa bir hadisə ilə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə tədbirlərin genişləndirilməsini təqdirəlayiq addım hesab edirik. Düşünürük ki, bu, Azərbaycan cəmiyyətinə kənardan olan təzyiqlərin azalmasına gətirib çıxaracaq. Bəzi beynəlxalq qurumlarda Azərbaycandakı korrupsiya həddi çox yüksək göstərilirdi. O baxımdan buna dair atılan addımı müsbət dəyərləndiririk. Ümid edirik ki, bu addımlar davamlı, ardıcıl, daha geniş sektoru əhatə edəcək. Bu səbəblər müəyyən qədər narazıçılığa gətirdi, lakin bu problemlərin yüksək səviyyədə, yuxarıda duran insanlar tərəfindən aradan qaldırılmasına səy göstərilməsi, Azərbaycan cəmiyyətində yaxşı nəticələnəcək bir faktora çevriləcək.
- Sizcə aksiyalar vasitəsilə hər hansı bir hədəfə çatmaq mümkündürmü?
Əli Orucov - Təbii ki, mən də qarşıdurmaların və ya hər hansı bir ölkədə baş verənlərin bizim ölkəmizdə baş verməsinin tərəfdarı deyiləm. Azərbaycan bizim ümumi evimizdir. Hər birimiz yaşamaq və konstitusiyanın verdiyi vasitələrdən istifadə etməliyik. İcazəsiz aksiyalar isə ölkədəki gərginliyi yönəldə bilər. Amma biz istərdik ki, bu məfhumiyyət aradan qaldırılsın. Bildiyiniz kimi, Azərbaycan Konstitusiyasının 49-cu maddəsində açıq şəkildə göstərilir ki, hər bir vətəndaş qabaqcadan müvafiq icra strukturlarını xəbərdar etməklə kütləvi, dinc aksiyalar keçirmək hüququna malikdir. Eyni zamanda, konstitusiyanın 58-ci maddəsində də siyasi partiyalarla bağlı müddəa öz əksini tapıb. Azərbaycan bir sıra beynəlxalq konvensiyalara tərəfdaş olub. Cenevre Konvensiyasında maddə var ki, orada açıq şəkildə Azərbaycan vətəndaşının sərbəst toplaşmaq hüquqları tanınır. Belə olan halda mən Azərbaycan hakimiyyətinin, iqtidarının nədən qarşıdurmalara maraqlı olduğunu, sərbəst toplaşmaq hüququnun tanımamasını başa düşə bilmirəm. Biz dəfələrlə müraciət etmişik, alternativ yerlər istəmişik. Burada inadkarlıqdan söhbət gedə bilməz.
Aydın Hüseynov - Ümumiyyətlə, müxalif düşərgəsində təmsil olunan insanların nədənsə arzusu, meyli tamamilə Azərbaycandan kənardadır. Dayaqlarını da orada axtarır, özlərini orada görürlər. Lakin siz Azərbaycana açıq gözlə baxın, vətən sevgisini özünüzdə oyadın, o zaman hər şey düzələcək. İctimai palata ictimaiyyətin bütün zümrələrini əhatə edərsə, ictimai palata olar. İctimai palata ictimai palata kimi qəbul olunmur. Siz sərbəst toplaşmaqdan, piketlərdən danışırsınız. Birinci növbədə əhalidə hansı əminlik var ki, siz orda sərbəst toplaşacaq, sakit aksiya keçirəcəksiniz. Aksiyaların keçirilməsi üçün müəyyən say məhdudiyyəti var. 50 nəfərdən yuxarı olarsa, bu, başqa bir tədbir sayılır. Xəzər rayonu Qaradağ rayonunda tamamlanır, 20-ci sahə nə qədər uzaqdır ki, siz orada yığışa bilmirsiniz? Nəyə görə siz əhalinin gur olduğu yerdə yığışırsınız? Əhalinin istirahət hüququnu pozursunuz? Milli İstiqlal Partiyası olaraq siz öz üzvlərinizi ora toplayın, görək, kimlərdir. Ona görə də ümumi fon, ümumi söz altında məqsədsiz olaraq toplaşmağın əsasında qarışıqlıq, xaos yaratmaqdır.
Əli Orucov - Birincisi, biz partiya olaraq qanunların hökmranlıq etdiyi bir məmləkətdə yaşamaq istəməyimiz hər zaman bəlirləmişik və bizim mübarizənin ana xətti də ondan ibarətdir. Onlar olmayan yerdə insanların subyektiv qərarları işləyir. Onu qeyd edim ki, əgər söhbət iğtişaşdan gedirsə, o zaman sual olunur ki, nəyə görə Müsavatın qərargahı, Əli Kərimlinin evi qarşısında gənclərin adı altında aksiyalar keçirilir? Polis onlara şərait yaradır, onlar qətnamələrini oxuyurlar, səs-küy salırlar. O zaman insanların istirahətini pozmurlar? Bu yanaşma düzgün deyil. Mən insanların küçələrə çıxmasının, üz-üzə gəlməsinin tərəfdarı deyiləm. Kimlərsə bundan istifadə edə bilər və bu proses qarşıdurmaya gəlib çıxa bilər. Biz partiya olaraq ağa ağ, qaraya qara demişik.
Əjdər Əliyev - Azərbaycan siyasi partiyalar haqqında qanun çoxdandır müzakirə mövzusudur. Lakin çox təəssüf ki, hələ də o qanunun qəbulu, əlavə və dəyişiklilərlə bağlı real addımlar atılmayıb. Ya qanun qəbul olunmalı, ya da mövcud qanunlar əsasında belə nəsə siyasi partiyaların dövlət tərəfindən maliyyədən ayrılması məsələsi öz həllini tapmalıdır. Bu Azərbaycan cəmiyyəti üçün anormallıqdır. Bunu aradan qaldırmaq dövlətin, cəmiyyətin, siyasi partiyaların da xeyrinədir. Mətbuata, QHT-lərə dövlət dəstəyi olunur, lakin siyasi partiyalar bu dəstəkdən məhkumdur. Lakin siyasi partiyalar modelləşməli idi.
Aydın Hüseynov - Yeni Azərbaycan Partiyasının hər bir rayonunda 10 minə yaxın üzvü var. Qərargahlar heç yerdən maliyyələşmir. Yalnız üzvlərinin ianələri hesabına, köməklikləri hesabına qərargahlar yaradılır. 10 minə yaxın üzvü olan bir rayon təşkilatı üçün müasir bir qərargahın qurulması təbii haldır. Əgər digər partiyalar bundan şikayətlənirsə, günah özlərindədir. Buna görə, dövləti günahlandırmaq düzgün deyil.
- Müxalifətin dəstəklənməsinin obyektiv, subyektiv amilləri var. Bununla bağlı nə deyə bilərsiniz?
Aydın Hüseynov - İctimaiyyət dağıdıcı qüvvəni dəstəkləmir, arxasınca getmir. Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil, proseslərdən xeyli müddətdir ki, keçib, insanlar cəmiyyətdə bütün məsələlərə ayıq şəkildə yanaşır. İnsanlar öz həyatında, ailəsində irəliləyişi görürsə, həyat tərzində dönəm şəkildə meyl görürsə müxalifətə niyə meyl göstərməlidir. Onlar gördülər ki, müxalifət hakimiyyətdə olarkən Azərbaycan hansı vəziyyətə gəlib çıxmışdı. Azərbaycanın büdcəsi sıfıra bərabər idi. Amma hazırda Azərbaycanın valyuta ehtiyatları 34 milyard dollardır. Eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var. Azərbaycan vətəndaşlarını bu problem düşündürür. Azərbaycan vətəndaşları ölkə prezidentini dəstəkləyir ki, torpaqlarımız işğaldan azad olunusun.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB