Sosial paket vətəndaşlarımızın sosial təminatının gücləndirilməsinə xidmət edir - ŞƏRH ÖZƏL

Sosial paket vətəndaşlarımızın sosial təminatının gücləndirilməsinə xidmət edir - ŞƏRH ÖZƏL

“Azərbaycan Prezidentinin tapşırığı ilə pandemiyanın vətəndaşlara təsirlərinin minimumlaşdırılması ilə bağlı tədbirlər davam etdirilir. Nəzərə alsaq ki, hazırlanmış sosial paket vətəndaşlarımızın sosial təminatının gücləndirilməsinə xidmət edir və ölkə Prezidentinin tapşırıqlarına əsasən məhz işsiz vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə əlaqədar bir neçə proqramların icrası və bəzi icra olunan proqramların genişləndirilməsi həyata keçirilir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, birdəfəlik ödənişlər alan vətəndaşlarımızın sayında artımlar müşahidə olunur: “Eyni zamanda daha çox vətəndaşlarımızı əhatə etsin deyə mövcud proqramların genişləndirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Praktiki olaraq pandemiya dövründə də ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət bir daha təsdiq edir ki, Azərbaycanda reallaşan siyasətin məhz əsas hədəfi vətəndaşlarımızın sosial təminatının gücləndirilməsidir. Bu istiqamətdə artıq DOST mərkəzi vasitəsilə ödənişli ictimai iş yerlərinin yaradılması üçün və 30 milyon vəsaitin ayrılıması həyata keçiriləcək. Bu 50 min vətəndaşımızın ödənişli sosial iş yerlərindən faydalanmasına imkan verəcək və bununla da ödənişli ictimai işlərdən faydalanan vətəndaşlarımızın sayı 90 minə çatacaq. Eyni zamanda digər istiqamətlərdə o cümlədən birdəfəlik sosial yardımların verilməsi əhatəsi də genişlənməkdədir”.

Deputat bildirib ki, aprelin 14-də keçirilən müşavirədə ölkə Prezidenti pandemiyanın təsir etdiyi bütün vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə bağlı bir daha göstərişlər verdi: “Bu da nəticə etibarilə daha çox vətəndaşın sosail paketdən faydalanmasına imkan verəcək. İqtisadi paket əhalinin sosial təminatının gücləndirilməsinə xidmət etməkdədir. Artıq bu istiqamətdə sahibkarlıq subyektləri eləcə də, fərdi sahibkarlar tərəfindən müraciətlər daxil olur və ödənişlərin yaxın zamanda başlanılması nəzərdə tutulur. Özünüməşğulluq proqramı, ünvanlı yardım proqramının genişləndirilməsi həyata keçirilir və bu proqramlar çərçivəsində daha çox vətəndaşımızın sosial təminatının gücləndirilməsi reallaşır. Eləcə də ölkə Prezidentinin sərəncamı ilə yaşı 65 dən çox olan vətəndaşlarımıza xidmət göstərən işçilərin əməkhaqqlarının iki dəfə artırılması ilə bağlı qərar verildi. Bu həmin vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi baxımından vacib idi. Eyni zamanda təbii ki, həmin sosial xidmətləri həayat keçirən vətəndaşlarımıza dövlətin xüsusi bir qayğısıdır”.

V.Bayramov qeyd edib ki, Bütün bunların nəzdində pandemiya dövründə həyata keçirilən sosial siyasət bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin hər bir vətəndaşa xüsusi diqqəti, eyni zamanda onun sosial təminatının gücləndirilməsi ilə bağlı siyasi iradəsi var: “Bu isə pandemiya dövründə bir daha həmrəyliyin gücləndirilməsi anlamına gəlir və məhz bu həmrəylik nəticəsində koronavirusun həyatlarına mənfi təsir etdiyi vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə