"Dövlət indiki vəziyyəti nəzərə alaraq sahibkara dəstək verir" ÖZƏL - AÇIQLAMA
"Dövlət tərəfindən özəl sektorda çalışan işçinin əməkhaqqı verildiyi halda təbii ki, işçi işdən çıxarılmır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyə komitəsinin sədr müavini, deputat Fazil Mustafa dövlət tərəfindən iş yerlərinin və əməkhaqqının qorunması üzrə atılan addımlarla bağlı danışarkən deyib.
Fazil Mustafa dövlətin bu istiqamətdə nəzarəti gücləndirməsi və sahibkarlıq obyektlərinə dəstəyini belə dəyərləndirib: "Dövlətin ixtisarların qarşısını almaqla bağlı çağırışları bir xahiş və tövsiyyə xarakter daşıyır. Təbii ki, bu vəziyyətdə iş adamlarını da anlamaq lazımdır. Bu halda işçilər işdən çıxarılmasa da lakin, onlara maaş ödənilməlidir. Gəlir yoxdursa, maaş ödəmə imkanı da olmur. Ona gör də bunun həlli yolu tapılmalıdır. Təbii ki, bu doğru bir yanaşmadır ki, ən azı bu ərəfədə heç kəs işdən çıxarılmasın, lakin bu o demək deyil ki, problem həll olunur. Ona görə də indiki vəziyyət nəzərə alınaraq sahibkara dəstək verilir ki, ən azından işçilərin minimum yaşamı təmin olunsun".
Millət vəkili vurğulayıb ki, bu istiqamətdə müxtəlif tədbirlərin görülməyə davam edilməsi lazımdır: "Hazırda sahibkarlara dövlət dəstəyi verilir, artıq bir sıra yerlərdə bu dövlət tərəfindən ayrılan vəsait ödənilir ki, işçilərin minimum yaşamı ilə bağlı sahibkar özü dövlətdən aldığı vəsaiti işçilərlə ödəsin. Belə bir vəziyyətdə müəyyən mənada problemin həllini 2 ay müddətə uzatmaq olar, vəziyyəti sabit saxlamaq olar. Ona görə də dövlət bu barədə ciddi dəstək proqramı haqqında düşünməlidir. Lakin bir daha qeyd edək ki, dövlət tərəfindən özəl sektorda çalışan işçinin əməkhaqqı verildiyi halda təbii ki, işçi işdən çıxarılmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB