“Biz birlikdə güclüyük!” çağırışınız bütün Azərbaycanı ayağa qaldırdı - MƏKTUB

“Biz birlikdə güclüyük!” çağırışınız bütün Azərbaycanı ayağa qaldırdı - MƏKTUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Bakı şəhər sakini Flora Vəliyevanın məktubunu təqdim edir:

Möhtərəm cənab Prezident.

Biz – şəhid ailələri və məcburi köçkünlər həmişə Sizin qayğı və diqqətinizi hiss etmişik. Dünyanın belə bir bəlaya düçar olduğu bu günlərdə Sizin necə güclü bir dövlət başçısı olmağınız pandemiyaya qarşı apardığınız mübarizədə özünü bir daha aşkar büruzə verdi. İndi dünyanın bir sıra ölkələri Azərbaycanın koronavirusla mübarizə təcrübəsindən bəhrələnir.

Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bütün azərbaycanlıları ayağa qaldırdı. Doğrudan da biz birlikdə güclüyük.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciəti bir daha sübut etdi ki, Azərbaycan vətəndaşının sağlamlığı Sizlər üçün nə qədər önəmli məsələdir.

Mən və Saleh Poladi adına 159 nömrəli tam orta məktəbin kollektivi Sizin apardığınız siyasəti tam dəstəkləyir, bu çətin yolda Sizə cansağlığı arzulayır, Sizinlə birlikdə olduğumuzu bildiririk.

Fəxr edirik ki, Sizin kimi güclü dövlət başçımız var. Uca Tanrı Sizi və ailənizi qorusun.

Bütün xəbərlər Facebook səhifəmizdə