Çoxşaxəli və müdrik siyasətinizi ürəkdən bəyənirik - PREZİDENTƏ YAZIRLAR

Çoxşaxəli və müdrik siyasətinizi ürəkdən bəyənirik - PREZİDENTƏ YAZIRLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov və anası Rəfiqə Rüstəmovanın məktubunu təqdim edir:

Çox hörmətli cənab Prezident,

Sizin Azərbaycan xalqının rifahı və səadəti, əmin-amanlığı və təhlükəsizliyi naminə gecə-gündüz yorulmaq bilmədən apardığınız çoxşaxəli, təmkinli və müdrik siyasətinizi ürəkdən bəyənirik, Sizə bu yolda böyük əzmkarlıq və yeni uğurlar arzulayırıq.

Əziz Prezidentimiz, Siz böyük, dahi siyasətçi, müasir Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin yolunu uğurla və müdrikcəsinə davam etdirərək Azərbaycanı sürətli inkişaf yoluna çıxartdınız. Qlobal dünya ilə yaratdığınız ətraflı əlaqələr sayəsində dünya Azərbaycana can atır, milyonlarla insan ölkəmizə gəlmək arzusundadır və Sizə hörmət bəsləyirlər. Sizin Azərbaycanda həyata keçirdiyiniz iqtisadi islahatlar, kadr dəyişikliyi, idarəetmənin daim təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, Azərbaycan xalqı tərəfindən bəyənilir və müdafiə olunur.

Əziz Prezidentimiz, koronavirus pandemiyasına qarşı apardığınız məqsədyönlü mübarizə, həyata keçirdiyiniz tədbirlər, o cümlədən karantin rejiminin tətbiqi, koronavirusun müalicəsi ilə məşğul olan xüsusi xəstəxanaların yaradılması, lazımı tibbi ləvazimatın əldə edilməsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir. Bunun ən yüksək qiymətini isə xalq Sizə “Çox sağ olun” deməklə verir.

Bütün xəbərlər Facebook səhifəmizdə