Ən xoş ümidlərlə sabaha doğru addımlayırıq - MƏKTUB

Ən xoş ümidlərlə sabaha doğru addımlayırıq - MƏKTUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA xəbər verir ki, belə məktublardan birini də Bakı şəhərindən Tərlan Nəsirov yazıb.

"Bəşəriyyət koronavirusun yaratdığı qlobal problem ilə üz-üzədir. Pandemiya bizim ölkəmizi də sınağa çəkib. Bu çətin zamanda Azərbaycanda vəziyyətin nəzarət altında olması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik əməkhaqlarınızı həmin fonda ianə etməyiniz, pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün maliyyə vəsaitinin ayrılması və həssas təbəqənin də maddi təminatı ilə bağlı göstərişiniz, qısa müddət ərzində yerli tibbi maska istehsalına başlanılması Sizin müdrik rəhbərliyinizin, uğurlu siyasətinizin nəticəsidir", məktubuna bu cümlələrlə başlayan paytaxt sakini əlavə edib:

- Cənab Prezident, dövlətimizin beynəlxalq ictimaiyyətlə həmrəyliyinin nümunəsi olaraq, koronavirus pandemiyasının geniş yayıldığı ölkələrin musiqisi ilə bayraqlarını proyeksiya halında ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan, dünya memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirməsi, Sizin “Biz birlikdə güclüyük!” ifadəniz, Mehriban xanım Əliyevanın koronavirus infeksiyası ilə bağlı əziz həmvətənlərimizə müraciəti bir daha bunu əks etdirir ki, ən gözəl xüsusiyyətlərlə sabaha, xoş ümidlərlə rifaha doğru addımlayırıq.

Əziz Prezidentimiz, inanırıq ki, bu çətin günlərimiz tezliklə geridə qalacaq. Biz Sizə güvənirik, biz Sizinlə fəxr edirik və hər zaman Sizin yanınızdayıq. Sizə bu şərəfli yolda yeni uğurlar diləyirik. Ulu Tanrı Sizi və ailənizi qorusun.

Bütün xəbərlər Facebook səhifəmizdə