Bu gün dünya gözəgörünməz bir virusla mübarizə aparır. Dünyanin bir parcasi olan Azərbaycan da bu virusla mübarizədədir. Dövlət başcinin təxirəsalınmaz tapşırıqları və ciddi nəzarəti ilə ölkəmizdə lazimi tədbirlər görüldü və görülməkdədir. Həyata kecirilən tədbirlər, eləcə də pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə və sahibkarlara göstərilən yardımlar təqdirəlayiqdir.
Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğısi, həyata kecirilən tədbirlərin nəticəsi olaraq respublikamızın bütün guşələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. Bu məktublarin hər birində dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən tədbirlərin möhtərəm Prezidentimiz İlham Əliyevin hər zaman öz xalqının yanında oldugunu bir daha təsdiqləyir. Müxtəlif yaşda olan və müxtəlif peşə sahiblərinin qəlbinin diktəsi ilə yazlan bu məktublarda bu gün bütün dünyanın bəlasına çevrilmiş COVID-19 pandemiyasına qarşi ölkəmizdə qabaqlayici tədbirlərin görülməsinin məmnunluq hissi dogurdugu əksini tapib. Həyata kecirilən tədbirlər xəstəliyin daha geniş ərazini əhatə etməməsinə səbəbdir.
Ölkə vətəndaşlari bir daha əmin olular ki, dövlət başcısının qətiyyət və uzaqğrən müdrik siyasəti Azərbaycanı bu bəladan xilas edəcək. Bakı şəhərinin Nəsimi rayonunun sakini, şəhid anası Lətifə Novruzovanın məktubunda deyilir: “Çox hörmətli Prezidentimiz İlham Əliyev, hazırda Yer kürəsinin 200-dən çox ölkəsinə yayılan COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin uzaqgörən siyasətinizin, hadisələri günün 24 saatı ərzində nəzarətdə saxlamağınızın nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan bu xəstəlikdən ölüm sayına görə sonuncu pillələrdədir. Bu xəstəliyə düçar olmuş vətəndaşlarımızın Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə bütün səhiyyə ocaqlarında yaradılmış şəraitdən, tibb işçilərimizin xidmətlərindən razılığı bir daha onu göstərir ki, Sizin rəhbərliyiniz və düzgün siyasətiniz sayəsində biz bu pandemiya dövrünü tezliklə geridə qoyacağıq. Siz hər zaman vətəndaşların yanında olub onların sevincinə də, kədərinə də şərik çıxırsınız. Biz şəhid anaları da inanırıq ki, bu çətin günlərdən Sizin rəhbərliyinizlə alnıaçıq, üzüağ çıxacağıq. Allah Sizi və xalqımızı bütün bəlalardan qorusun!”.
Ağdam rayonunun Ayaq Qərvənd kəndinin sakinləri Vaqif Məmmədov, Nüsrət Anafov və Mehriban Əliyeva yazırlar: “Çox hörmətli Ğənab Prezident, koronavirus pandemiyası bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da müəyyən çətinliklər yaradıb. Mövcud şəraitdə ölkəmizin səhiyyəsinin qənaətbəxş səviyyədə olmasına, iqtisadiyyatımızın dayanıqlılıq göstərməsinə görə Sizə minnətdarıq. Vətənimizin belə çətin günlərində düşmənlərimizi sevinməyə qoymursunuz. Sizin tapşırıq və tövsiyələrinizə qulaq asan insanlarımız “Evdə qal!” çağırışına qoşulublar. Bununla yanaşı, belə bir şəraitdə dövlətimiz tərəfindən bizə göstərilən maddi və mənəvi dəstəyə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sizin dövlətimizi və xalqımızı belə çətin vəziyyətdən üzüağ çıxaracağınıza inanırıq. Uca Allah köməyiniz olsun!”.
Ölkəmizin elə bir bölgəsi yoxdur ki, oradan Ğənab Prezidentə məktublar ünvanlanmasin. Pandemiyanın qarşısının alınması istiqamətində görülən işlərə laqeyid qala bilmirlər.
Ölkəmizdə vəziyyətin nəzarətdə olması virusun sürətlə yayılmasının qarşısını almağa kömək edib. Respublikamızda vaxtında elan olunmuş karantin rejimi, dezinfeksiya işlərinin aparılması və digər təxirəsalınmaz tədbirlərin görülməsi bir daha onu göstərir ki, Azərbaycan Prezidenti hər zaman vətəndaşinin yanindadır. Məktublarda Cənab Prezidentin “Biz birlikdə güclüyük!” şüarı dəstəklənir və bütün dünyanın koronavirusla üz-üzə qaldığı bir vaxtda Ğənab Prezidentin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirlərinin onları qürürlandirması qeyd olunur. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş “Yeni klinika” xəstəxanasının və Sumqayıt Kimya Sənaye Parkında maska istehsalı müəssisəsinin açılışları ölkə vətəndaşları tərəfindən rəqbətlə qarşilanir. “Sizin və Birinci vitse-prezident Mehriban Əliyevanın açılışlarda şəxsən iştirakınız bir daha sübut etdi ki, Siz hər zaman Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini düşünür, məhz bunun üçün yorulmadan çalışırsınız. Sizin və Mehriban xanımın bu mövzuda xalqımıza müraciətləriniz soydaşlarımızda yüksək əhval-ruhiyyə yaradıb, biz vətəndaşlara böyük mənəvi stimul olub. Sizin rəhbərliyinizlə dövlətimiz tərəfindən koronavirusla mübarizə sahəsində həyata keçirilən bütün tədbirlər xarici ölkələrin mətbuatlarında da, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də təqdir olunur və yüksək qiymətləndirilir”.
Gəncə şəhər sakinləri Vüsal Hüseynov və Azadil Hüseynova Prezident İlham Əliyevin uzaqgörənliyi, bu ümumbəşəri bəlaya qarşı vaxtında verdiyi göstəriş və Sərəncamlar sayəsində başqa ölkələrlə müqayisədə koronavirusun Azərbaycana az təsir göstərdiyini qeyd edirlər. Onlar yazırlar: “Möhtərəm Ğənab Prezident, bütün dünyanı lərzəyə salan koronavirus pandemiyasi təəssüf ki, Vətənimiz Azərbaycandan da yan ötmədi. Lakin Sizin uzaqgörənliyiniz, bu ümumbəşəri bəlaya qarşı vaxtında verdiyiniz göstəriş və sərəncamlar başqa ölkələrlə müqayisədə Azərbaycana az təsir göstərməkdədir. Siz daim Azərbaycan xalqının yanında olduğunuzu bir daha sübut etdiniz. Əziz Prezidentimiz, Sizin dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Biz də deyirik ki, biz Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevlə daha güclüyük. Ölkəmizdə yaratdığınız əmin-amanlığa və biz vətəndaşlara göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz daim Sizinləyik. Cənab Prezident, Allah Sizə uzun ömür versin. Sizə uğurlar diləyirik”.
Göründüyü kimi, Prezident İlham Əliyevin hər bir vətəndaşa olan diqqət və qayğısi fərəhlə qarşılanır. Dövlətimizin başçısının pandemiya dövründə əlillərə, veteranlara da qayğı ilə yanaşdığını qeyd edən Laçın rayonundan məcburi köçkün Murad Eyvazov yazır: “Möhtərəm Ğənab Prezident, Qarabağ qaziləri hər zaman Sizin diqqət və qayğınızla əhatə olunublar. Bütün dünyanın üzləşdiyi pandemiya dövründə Siz biz əlilləri, veteranları da unutmursunuz. Biz hər zaman Sizin qayğınızı hiss edirik. Möhtərəm Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Laçın rayonundan olan Qarabağ qaziləri adından Sizə minnətdarlığımızı bildirirəm. Biz keçmiş döyüşçülər hər zaman Sizin əmrinizə müntəzirik”.
Məktublarda yer alan bu və ya digər fikirlər bu gün dünya ölkələri qarşısında ciddi problemə çevrilmiş COVID-19 virusunun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində dövlət başcısı tərəfindən həyata keçirilən davamlı, sistemli və kompleks tədbirlərin vətəndaşlar tərəfindən böyük minnətdarlıqla qarşılandıgını bir daha göstərir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB