Azərbaycan Respublikasında 57 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 68 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Hazırkı dövrədək ölkəmizdə 1340 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 528 nəfəri müalicə olunaraq sağalmış, 15 nəfər vəfat etmiş, 797 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86.607 test aparılmışdır.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB