KİV-in dilinə dair yeni TƏLƏB

“Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif edilən dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, Qanunun 6-cı maddəsinə (Kütləvi informasiya vasitələrinin dili) təklif edilən əlavəyə əsasən, kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir.

Qeyd edək ki, indiyə qədər “Kütləvi informasiya vasitələri haqqında” qanunda sadəcə, Azərbaycan Respublikasının ərazisində kütləvi informasiya vasitələrinin dövlət dilindən istifadə etməsinə dair müddəa əksini tapmışdı.

Sənəd müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə