Dünyanın bir sıra ölkələrində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə respublikanın hər bir yerində olduğu kimi Masallı rayonunda da bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq dezinfeksiya işləri təkrarən davam etdirilir.
16 aprel 2020-ci il tarixdə rayon GEM və Dezinfeksiya Stansiyasi Masallı rayon Polis şöbəsi, rayon Prokurorluğu, rayon Məhkəməsi, "Azərpoçt"un Masallı filialı, “Asan xidmət”in inzibati binaları, "Muğan Bank", "Əmrah Bank",“Kapital Bank, “Beynəlxalq Bank”, “Rabitə Bank”, “Muğan Bank”, “Bank Respublika”-nın ətrafı, Masallı şəhər ərazisində yerləşən 9 terminal, 14 bankomat və Ərkivan qəsəbəsində yerləşən 1 bankomat dezinfeksiya olunub.
Sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiyaedici işlər virusun yayılma təhlükəsi bitənə qədər davam etdirilməsi nəzərdə tutulub.
Masallıda dezinfeksiya işləri hər gün davam etdirlir.
Əlihüseyn Şükürov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB