Vergidə çalışan şəxslərə məzuniyyətə çıxarkən müavinət ödənilə bilər

Vergidə çalışan şəxslərə məzuniyyətə çıxarkən müavinət ödənilə bilər

Vergi orqanlarının vəzifəli şəxslərinə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilə bilər. SİA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Bu praktika hazırda dövlət qulluğunda çalışan dövlət qulluqçularına tətbiq olunur.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə