“Prezidentimizin fəaliyyət əsil fədakarlıqdır” Gülay Quliyeva

“Prezidentimizin fəaliyyət əsil fədakarlıqdır” Gülay Quliyeva

“Koronavirusla mübarizə bu gün Azərbaycan dövlətinin fəaliyyətində bir nömrəli məsələyə çevrilib. Prezidentimiz İlham Əliyevin liderliyi altında hökumət vəziyyətə tam nəzarət edir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında da əks olunduğu kimi, Azərbaycan COVİD-19 ilə mübarizədə qabaqcıl ölkələr sırasındadır”. Bu fikirləri SİA-ya “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülay Quliyeva ölkə vətəndaşlarının ölkə başçısına ünvanladıqları minnətdarlıq məktublarını şərh edərkən deyib.

Onun sözlərinə görə, dövlət orqanlarıımızın vaxtında həyata keçirdikləri kompleks tədbirlər, tətbiq olunan xüsusi karantin rejimi, yoluxmuş insanların müalicəsi üçün yaradılmış şərait, karantinə götürülmüş insanlara göstərilən qayğı, vətəndaşlarımıza, iqtisadiyyatımıza, sahibkarlara dəymiş itkilərin və ziyanların yüngülləşdirilməsi, aztəminatlı ailələrə, işsizlərə maddi yardım edilməsi ölkəmizin əhalisində böyük qürur hissi yaradır: “Bunu Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanmış minlərlə minnətdarlıq məktubları bir daha sübut edir. Mən bir QHT rəhbəri kimi qeyd etmək istəyirəm ki, bu ekstremal şəraitdə hörmətli Prezidentimizin və onun komandasının sərgilədiyi fəaliyyət əsil fədakarlıqdır. Məhz bu fəaliyyətin nəticəsidir ki, bizim ölkəmizin itkiləri xeyli azdır.Mən də rəhbərlik etdiyim “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi adından cənab Prezidentimiz İlham Əliyevə, onun xanımı Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya xalqımız qarşısında göstərdikləri misilsiz xidmətlərə görə dərin təşəkkürümü bildirirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə