"Cənab Prezident, bəli, “Biz birlikdə güclüyük!”" Gəncə şəhər sakinləri
Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları ünvanlanır. SİA Prezidentin saytına istinadla həmin məktublardan birini təqdim edir. Gəncə şəhər sakinləri Vüsal Hüseynov və Azadil Hüseynova Prezident İlham Əliyevin uzaqgörənliyi, bu ümumbəşəri bəlaya qarşı vaxtında verdiyi göstəriş və Sərəncamlar sayəsində başqa ölkələrlə müqayisədə koronavirusun Azərbaycana az təsir göstərdiyini qeyd edirlər.
Onlar yazırlar: “Möhtərəm cənab Prezident, bütün dünyanı lərzəyə salan koronavirus pandemiyasi təəssüf ki, Vətənimiz Azərbaycandan da yan ötmədi. Lakin Sizin uzaqgörənliyiniz, bu ümumbəşəri bəlaya qarşı vaxtında verdiyiniz göstəriş və sərəncamlar başqa ölkələrlə müqayisədə Azərbaycana az təsir göstərməkdədir. Siz daim Azərbaycan xalqının yanında olduğunuzu bir daha sübut etdiniz. Əziz Prezidentimiz, Sizin dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Biz də deyirik ki, biz Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevlə daha güclüyük. Ölkəmizdə yaratdığınız əmin-amanlığa və biz vətəndaşlara göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz daim Sizinləyik. Cənab Prezident, Allah Sizə uzun ömür versin. Sizə uğurlar diləyirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB