"Var olun ki, siz hər bir vətəndaşın yanındasınız" Binəqədi rayon sakini

"Var olun ki, siz hər bir vətəndaşın yanındasınız" Binəqədi rayon sakini

Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları ünvanlanır. SİA Prezidentin saytına istinadla həmin məktublardan birini təqdim edir. Bakı şəhərinin Binəqədi rayonunun sakini Səbuhi İsazadə dövlətimizin başçısına ünvanladığı məktubunda yazır:

“Hörmətli cənab Prezident, dünya ölkələrindəki acınacaqlı vəziyyət hər kəsin gözü önündədir. İnkişaf etmiş ölkələrdə xaos, insan itkiləri vahimə yaradır. Ölkəmizdə isə Sizin sayənizdə sakitlik, həmrəylik, əmin-amanlıq, bolluq müşahidə olunur. Bütün bunlara səbəb Sizin daim ölkə vətəndaşlarını düşünməyiniz, vaxtında qətiyyətli təbirlər görməyinizdir. Cənab Prezident, var olun ki, həm kəndlinin, həm də sahibkarın, bir sözlə, hər bir vətəndaşın yanındasınız. Allah Sizi xəta-bəladan uzaq eləsin. Biz hər zaman Sizinləyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə