"Əgər bankla müqavilə bağlayan zaman bu məsələ nəzərdə tutulubsa, onunla da kreditlərin ödənilməsi tənzimlənir". Bakı Dövlət Universitetinin Hüquq üzrə elmlər doktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri, hüquqşünas Mayis Əliyev banka kredit borcu olan şəxslərin ödəmə problemləri ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
Belə ki, xüsusi fövqəladə hallarda və ya kriz dövründə banka kredit borcu olan şəxslərin ödəmə şəxlini əks etdirəcək və ya müəyyən güzəştləri ehtiva edəcək bir qanunun mövcud olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirən hüquqşünas bildirib ki, bu məsələ yalnız bankla bağladığımız müqavilə ilə tənzimlənir: "İlk növbədə bankla bağladığınız müqaviləyə nəzər salın. Çünki, bank ilə aranızda müəyyən bir müqavilə mövcud olur. Həmin müqavilədə güzəşt və ya mövcud durumla bağlı müvafiq ödəmə şəklini əks etdirəcək belə bir bənd varmı? Çünki, bu birbaşa olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzimlənir. Qanunda bununla bağlı heç nə nəzərdə tutulmayıb. Bu tərəflərin qarşılıqlı razılığı ilə həll olunan məsələdir. Ona görə də belə bir normanın, bəndin nəzərdə tutulub-tutulmadığını yalnız bankla razılaşmanıza nəzər salaraq öyrənə bilərsiniz".
Mayis Əliyev əlavə edib ki, bu məsələyə ümumi şəkildə Parlament tərəfindən baxıla bilər: "Düşünürəm ki, hazırda bu barədə fikirləşirlər. Milli Məclisdə bununla bağlı təkliflər verilir. Bunun üzərində işlər aparılır. Müzakirələrdə, necə edək ki, əhaliyə güzəştlər edilsin məsələsi gündəmdədir. Lakin, bir daha qeyd etmək istəyirəm ki, əgər bankla müqavilə bağlayan zaman bu məsələ nəzərdə tutulubsa onunla da kreditlərin ödənilməsi tənzimlənir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB