"Biz keçmiş döyüşçülər hər zaman Sizin əmrinizə müntəzirik” Laçın rayonundan məcburi köçkün
Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları ünvanlanır. SİA Prezidentin saytına istinadla həmin məktublardan birini təqdim edir. Dövlətimizin başçısının pandemiya dövründə əlillərə, veteranlara da qayğı ilə yanaşdığını qeyd edən Laçın rayonundan məcburi köçkün Murad Eyvazov yazır:
“Möhtərəm cənab Prezident, Qarabağ qaziləri hər zaman Sizin diqqət və qayğınızla əhatə olunublar. Bütün dünyanın üzləşdiyi pandemiya dövründə Siz biz əlilləri, veteranları da unutmursunuz. Biz hər zaman Sizin qayğınızı hiss edirik. Möhtərəm Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Laçın rayonundan olan Qarabağ qaziləri adından Sizə minnətdarlığımızı bildirirəm. Biz keçmiş döyüşçülər hər zaman Sizin əmrinizə müntəzirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB