"Sizin dövlətimizi və xalqımızı çətin vəziyyətdən üzüağ çıxaracağınıza inanırıq" Ağdam rayonunun sakinləri
Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları ünvanlanır. SİA Prezidentin saytına istinadla həmin məktublardan bir neçəsini təqdim edir.
Ağdam rayonunun Ayaq Qərvənd kəndinin sakinləri Vaqif Məmmədov, Nüsrət Anafov və Mehriban Əliyeva yazırlar:
“Çox hörmətli cənab Prezident, koronavirus pandemiyası bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da müəyyən çətinliklər yaradıb. Mövcud şəraitdə ölkəmizin səhiyyəsinin qənaətbəxş səviyyədə olmasına, iqtisadiyyatımızın dayanıqlılıq göstərməsinə görə Sizə minnətdarıq. Vətənimizin belə çətin günlərində düşmənlərimizi sevinməyə qoymursunuz. Sizin tapşırıq və tövsiyələrinizə qulaq asan insanlarımız “Evdə qal!” çağırışına qoşulublar. Bununla yanaşı, belə bir şəraitdə dövlətimiz tərəfindən bizə göstərilən maddi və mənəvi dəstəyə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sizin dövlətimizi və xalqımızı belə çətin vəziyyətdən üzüağ çıxaracağınıza inanırıq. Uca Allah köməyiniz olsun!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB