"Cənab prezident, vətəndaşların sevincinə də, kədərinə də şərik çıxırsınız" Bakı şəhər sakini
Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları ünvanlanır. SİA Prezidentin saytına istinadla həmin məktublardan birini təqdim edir. Bakı şəhərinin Nəsimi rayonunun sakini, şəhid anası Lətifə Novruzovanın məktubunda deyilir:
“Çox hörmətli Prezidentimiz İlham Əliyev, hazırda Yer kürəsinin 200-dən çox ölkəsinə yayılan COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin uzaqgörən siyasətinizin, hadisələri günün 24 saatı ərzində nəzarətdə saxlamağınızın nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan bu xəstəlikdən ölüm sayına görə sonuncu pillələrdədir. Bu xəstəliyə düçar olmuş vətəndaşlarımızın Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə bütün səhiyyə ocaqlarında yaradılmış şəraitdən, tibb işçilərimizin xidmətlərindən razılığı bir daha onu göstərir ki, Sizin rəhbərliyiniz və düzgün siyasətiniz sayəsində biz bu pandemiya dövrünü tezliklə geridə qoyacağıq. Siz hər zaman vətəndaşların yanında olub onların sevincinə də, kədərinə də şərik çıxırsınız. Biz şəhid anaları da inanırıq ki, bu çətin günlərdən Sizin rəhbərliyinizlə alnıaçıq, üzüağ çıxacağıq. Allah Sizi və xalqımızı bütün bəlalardan qorusun!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB