"Prezidentin verdiyi qərarlar sayəsində risklər arxada qalıb" ÖZƏL-MÜNASİBƏT

"Prezidentin verdiyi qərarlar sayəsində risklər arxada qalıb" ÖZƏL-MÜNASİBƏT

Azərbaycan Koronavirusla çox uğurla mübarizə aparır və vaxtında görülən tədbirlərin nəticəsidir ki, koronavirusun miqyası çox da böyümədi ölkəmizdə. Bu sözləri SİA-ya müsahibəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri qeyd edib ki, Cənab Prezidentin rəhbərliyi ilə vaxtında alınan tədbirlər xəstələrin sayının artmasına da imkan vermədi və hər şey nəzarət altındadır: “Məncə artıq bizdə şıçrayış olmayacaq. Biz artıq pik dövrünü keçdik və artıq geriləmə başlayacaq. Bu çox yaxşı bir xəbərdir Azərbaycan üçün. Çünki biz görürük ki, hətta inkişaf etmiş ölkələrdə belə çox acınacaqlı vəziyyət yaranıb. Bu ölkələrdə həm yoluxanların, xəstələrin sayı durmadan artır, həm də ölü sayı da ona müvafiq olaraq artır. Azərbaycanda bütün bunlar yoxdur. Dövlət başçısının verdiyi qərarlar sayəsində risklər arxada qalıb. Bir sıra tədbirlər bu istiqamətdə göz qabağındadır. Həkimlərin əmək haqqları qaldırıldı, tibb ocaqlarında yeni labaratoriyalar yaradıldı. Hətta Türkiyədən Azərbaycanlı həkimlər geri çağırılaraq, onlar üçün şərait də yaradıldı. Sosial sahədə müvafiq addımlar atıldı. Bütün bunlar onu göstərir ki, bəli, Cənab Prezidentin bu siyasəti uğur gətirdi Azərbaycan üçün. Əlbəttə, çətinliklər var və hamı çətinlik içərisindədir bu saat. İqtisadiyyatda da müəyyən problemlər yaşanır. Amma düşünürəm ki, biz bu çətinlikləri də adlayacayıq. Kifayət qədər maliyyəresurslarımız var, ehtiyat fondumuz var və xərcləmələrlə bağlı problemləri həll etmə bacarığına, imkanına malikik. Önəmli olan koronavirusla mübarizədə atılan addımlar və tədbirlərdir. Sərhədlər bağlanıldı, ciddi karantin tədbirləri görüldü və bu tədbirlər uzadılacaq böyük ehtimalla. Buna görə də vətəndaşlar bu görülən tədbirlərə görə razılıqlarını bildirirlər və Cənab prezidentə göndərilən bu məktubların əsas qayəsi də məhz bundan ibarətdir”, deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə