"Bunların hamısı təqdirəlayiqdir və millətimiz üçün atılan addımlardır" ÖZƏL - AÇIQLAMA
"Prezident İlham Əliyev bu məsələdə əhali ilə ciddi və yaxından əlaqələndi. Əlbəttə, bunun nəticəsi olaraq təşəkkür məktubları da yazılacaq, minnətdarlıq da ediləcək". Bu sözləri SİA-ya açıqlamasında Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Prezident İlham Əliyevə ünvanlanmış təşəkkür məktubları ilə bağlı fikirlərini səsləndirərkən deyib.
O bildirib ki, bütün dünyanı koronavirus pandemiyası bürüyüb və güclü dövlətlər bunun əsirinə çevrilib, Avropanın səhiyyə sistemi isə bu xəstəliyin qarşısında çöküb və xəstəliyi nəzarət altına almaqda aciz qalıblar: "Azərbaycan bu məsələdə tədbirli davrandı və bu istiqamətdə çox ciddi addımlar atıldı. Hələ qonşu ölkələrdə bu istiqamətdə addımlar atılmamışdan öncə Azərbaycanda məktəblər erkən tətilə buraxıldı, daha sonra universitetlər bağlandı. Öklədə karantin rejimi elan edildi, insanlara evdə qalmaları tövsiyə edildi və karantin rejimi ilə bağlı digər addımlar da ardı-ardına atılmağa başlandı. Bunların hamısı milli təhlükəsizliyə xidmət edən addımları idi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bütün prosesləri öncədən dəyərləndirdi. Bunların hamısı əlbəttə, təqdirəlayiqdir və hamısı millətimiz üçün atılan addımlardır".
Tənzilə Rüstəmxanlı vurğulayıb ki, dünyanın bir çox yerində, o cümlədlən, Türkiyədə səhiyyə naziri hər gün koronavirusla bağlı məlumatlar verir. Azərbaycanda Prezidenti İlham Əliyev səhiyyə nazirinin də görəcəyi bir çox işləri görmüş oldu: "Prezident İlham Əliyev bu məsələdə əhali ilə ciddi və yaxından əlaqələndi. Əlbəttə ki, bunun nəticəsi olaraq təşəkkür məktubları da yazılacaq, minnətdarlıq da ediləcək. Biz qədrbilən xalqıq. Ölkə başçımızın bu məsələdə millətimizin təhlükəziliyini, Azərbaycanın xalqının sağlamlığını nəzərə alaraq atdığı addımlar, aztəminatlı ailələri nəzərə alaraq onlara diqqət ayrılması və bütün bu və digər tədbirlər hamısı bir təşəbbüs idi. Bu təhlükənin altından hamımız əl-ələ, çiyin-çiyinə qalxmalıyıq. Mən özüm Azəri-Türk Qadınlar Birliyinin təmsilçisi kimi də belə bir təşəkkür məktubunu ilk yazanlardan olmuşum. Bir ziyalı olaraq bunların hamısını görürük və ona görə də bir daha təşəkkürümüzü bildiririk. Atılan bu ciddi addımların nəticəsidir ki, Azərbaycan Avropanın bir çox dövlətləri ilə müqayisədə daha təhlükəsiz və güvənlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB