“Əli Kərimli kimi koronavirusdan betər mənəviyyatsızlar qırılsa yaxşıdır" Hafiz Hacıyev
"Xüsusilə bu günlərdə Prezident İlham Əliyevin video-müşavirədə ciddi məsələlərə toxunması və onlardan ən başlıcası siyasi ishatların aparılması, ölkədə gedən siyasi proseslərlə iqtisadi proseslərin uzlaşdırılması və müxalif partiyaların qanunvericilik hakimiyyətində iştirakı məsələsi ilə bağlı bu satqın və əxlaqsızların yenidən sosial şəbəkələrdə böhtan xarakterli çıxışlar etməkdədirlər. Ancaq hələ də anlamırlar ki, xalq onları çoxdan arxivin zibilxanasına atıb. Çünki xalq ölkə başçısın hakimiyyətdə olduğu son 16 il ərzində hər bir vətəndaşın qayğısına qaldığının şahidi olub. Və bu gün də hesab edirəm ki, dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı görülən işlər və atılan addımlar müsbət haldır və hər bir Azərbaycan vətəndaşı ölkə başçısının gördüyü işlərin şahididir”. Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev özünün dediyi kimi, dünyanı ağuşuna alan koronavirus pandemiyasından istifadə edərək ölkədə sabitliyi pozmaq istəyən AXCP Əli Kərimlinin, Müsavat Partiyasının başqanı Arif Hacıyevin, "Milli Şura"nın əl kuklası Cəmil Həsənlinin, müxalifətin minsifətlisi Gültəkin Hacıbəylinin fəaliyyəti ilə bağlı SİA-ya verdiyi açıqlamasında deyib.
Partiya sədri koronavirus pandemiyasından istifadə edərək ölkədə sabitliyi pozmaq istəyən qüvvələrə, həmçinin xəbərdarlıq da edib: “Bilirsiniz ki, Cənab Prezident video-görüntülü müşavirə keçirdi, ciddi məsələlərə toxundu və onlardan ən başlıcası siyasi ishatların aparılması, ölkədə gedən siyasi proseslərlə, iqtisadi proseslərin uzlaşdırılması və müxalif partiyaların qanunvericilik hakimiyyətində iştirakı məsələsi oldu. Son aylar aparılan islahatlar həqiqətən də təqdirəlayiq haldır və Cənab Prezidentin şəxsən Özünün fəaliyyəti nəticəsində ortaya qoyulan müsbət işlərdir. Ölkədə parlament seçkiləri keçirildi və bəzi partiyaların sədrləri mandat qazandılar. Bu, müsbət hal kimi dəyərləndirilməlidir. Düşünürəm ki, qarşıda da görüləcək işlər var və bunları həyata keçirmək üçün xalqla dövlət arasında müəyyən birlik olmalıdır və bunu da yaratmaqdan ötrü ölkə başçısı mart ayında bayram təbriki zamanı çıxışında ölkədə siyasi partiyalarla dialoqların aparılması məsələsinə toxundu və bunlar da həyata keçmək üzrədir. Partiya sədri olaraq mən də burda iştirak edirdim. Ancaq bu tədbirdə iştirak etməyənlərin məqsədi ölkədə ictimai-siyasi vəziyyətə qarşı çıxmaqdır. Çünki bunlar –Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli kimi viruslar xaricdən idarə olunanlardır. Və keçirilən müşavirədə ölkə başçısının onları "beşinci kolon" adlandırmaqla bir daha göstərdi ki, xalq belələrini çoxdan tarixin zilxanalarına atıb. Ölkə başçısının son dövrlər apardığı islahatlar, koronavirusla bağlı görülən tədbirlərin çox müsbət sonluqla nəticələndiyini qəbul etməyən bu virusların məqsədi Azərbaycanda hamının xəstəliyə tutulmasını arzulamaq və öz çirkin əməllərini həyata keçirməkdir. Ancaq Azərbaycan xalqı ağıllı xalqdır, ağı qaradan seçməyi bacarır. Özünüz də bilirsiniz ki, bunları xaricdə olan müəyyən dairələr idarə edirlər. Axşama kimi təhqirlə, populist çıxışlarla Azərbaycan xalqını aldatmaq istəsələr də, buna nail ola bilməyiblər və nail ola bilməyəcəklər. Çünki ölkəsini, ailəsini qrantlara satan Sevinc Osmanqızı kimi mənəviyyatsızların həftənin 7 günün 6-sında satqın və cinayətkar ermənixislətli Əli Kərimlini kanalına çağırması, Azərbaycan dövlətinin əleyhinə həqarətlər yağdırması qəbuledilməzdir. Təəccüb də etmirəm, çünki satqın satqının yanında olar. Və düşünürəm ki, xaricdə özünü bloger adlandıran belə satqın və mənəviyyatsızlara qarşı tədbir görülməlidir. Onlar anti-təbliğat aparmaqla insanların beyinlərini yeyirlər. Koronavirusun ölkədə daha da ağırlaşmasını arzu edən qüvvələr özləri bilərəkdən karantin rejimini pozurlar və polis tədbir görəndə isə "siyasi məhbus" adıyla xaricdə təbliğat aparmağa başlayırlar. Yəni bizim düşmənlərimiz çoxdur, həm xaricdə, həm də daxildə. Belə naqislər Azərbaycan dövlətinə çox böyük zərbələr vurmağa çalışırlar. Biz isə bunlara imkan verə bilmərik, çünki ölkədə aparılan siyasi, iqtisadi islahatlar yarımçıq qala bilər. Bu işlərin həyata keçirilməsi üçün bizə ciddi sabitlik lazımdır. Ölkə başçısının müşavirədə qaldırdığı məsələləri biz bir partiya olaraq dəstəkləyirik, həmin qüvvələrə xəbərdarlıq edərək bildiririk ki, çəkilib yerlərində otursunlar”.
H.Hacıyev onu da vurğulayıb ki, Prezident İlham Əliyev müşavirədə bu satqınların tarixin zibilxanasına 27 il əvvəl atıldığını deməklə, bir daha kim olduqlarını sübut etdi. Prezident bildirdi: "Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq".
Partiya sədri həmçinin, dövlət başçısının atılan uğurlu addımlara qara don geydirənləri xalqa qarşı düşmənçilik mövqeyində oluğunu deyərək, vurğulayıb ki, belələri xalqın bir nömrəli düşmənidir: "Prezident İlham Əliyev çıxışı zamanı da bildirdi ki, bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır".
H.Hacıyev bildirib ki, koronavirus tuğyan etməsi, görünür bunlar üçün sanki, göydəndüşmə bir "hədiyyədir": "Ancaq anlamırlar ki, xalq bu gün öz Prezidenti ilə birdir. Çünki bilik olan yerdə gücülü olursan. Və bu gücün qarşısında Vətənimiz, dövlətimiz daha da güclü olur.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB