Minnətdarlığın tək ünvanı Prezident İlham Əliyevdir - MÖVQE ÖZƏL

Minnətdarlığın tək ünvanı Prezident İlham Əliyevdir - MÖVQE ÖZƏL

“Tam əminliklə deyə bilərəm ki, Azərbaycanda görülən praflaktiki tədbirlər öz töhfəsini verir. Bizdə digər ölkələrdən, xüsusilə Avropa və Rusiyadan fərqli olaraq vəziyyət nəzarət altındadır. Biz bütün qüvvəmizlə çalışırıq ki, pandemiyaya yoluxanların və dünyasını dəyişənlərin sayı az olsun. Məhz buna görə də təsadüfi deyil ki, son bir neçə gündür ki, virusdan sağalanların sayı ona yoluxanların sayını üstələyib”. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, bütün bu xəbərlər cəmiyyətdə müsbət reaksiya doğrur və bu müsbət reaksiya məntiqə əsaslanır: “Şübhə etmirəm ki, biz bu istiqamətdə səylərimizi gücləndirsək və məsələni nəzarət altında saxlamağa davam etsək, bu mürəkkəb vəziyyətdən tezliklə çıxacağıq. Burada bizim həm dövlətimiz, həm tibbi personalımız, xüsusilə həkimlərimizə ancaq çox sağol demək lazımdır. Çünki əsas təhlükəli xəttdə olan və bu məsələ ilə məşğul olan təbəqə bizim həkimlərimizdir”.

Politoloq vurğulayıb ki, belə bir vəziyyətin yaşanması və dövlət başçımız İlham Əliyevin təşəbbüsü ilə vaxtında və lazımı qərarların qəbul edilməsi öz müsbət nəticələrini verir: “Bütün bunların nəzdində adi, sıravi vətəndaşlar öz hisslərini və təşəkkürlərini minnətdarlıq məktubları ilə cənab Prezidentə ünvanlayıblar. Çünki real mənzərə onları sevindirir və təbii ki, minnətdarlığın tək ünvanı Prezident İlham Əliyevdir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə