Prezidentə ünvanlanan mitdarlıq məktublarının əsası var - ŞƏRH ÖZƏL
“Son günlər vətəndaşlar tərəfindən cənab Prezidentə ünvanlanan təşəkkürlərin həqiqi əsası var. Çünki ölkənin siyasi rəhbərliyi başda cənab prezident İlham Əliyev olmaqla prosesləri həm proqnozlaşdırmaq baxımından, həm də düzgün qərarların verilməsi nöqteyi nəzərindən çox pozitiv addımlar atılıb. Bunun nəticəsində koronavirusa qarşı səmərəli mübarizənin möhkəm təməli qoyulub”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloqun sözlərinə görə, nəticə etibarilə bir-birinin ardınca çox ciddi və əhəmiyyətli qərarlar qəbul edilib: “Qəbul edilən bu qərarlar nəticəsində ölkədə koronavirus pandemiyası nəzarətdə saxlanıla bilir. Son bir neçə gündür ki, artıq xəstəlikdən sağalanların sayı, bu virusa yoluxanların sayını üstələyir. Bütün bunlar özlüyündə cənab Prezidentin uzaqgörənliyi ilə verdiyi tapşırıqlar və bu tapşırıqların yerinə yetirilməsi nəticəsində mümkün olub”.
Q.Hüseynli bildirib ki, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün atılan addımlar da təqdirəlayiqdir: “Birdəfəlik 190 manatın ayrılması, Heydər Əliyev Fondu, Koronavirusla Mübarizə Fondu və bir sıra təşkilatların ölkədə yardıma ehtiyacı olan insanlara yardımlar etməsi, pandemiyadan vəfat edənlərin dəfn mərasimlərinin xərclərini dövlətin öz üstünə götürməsi və.s bu qəbildən atılan addımlardır: “Bütün bunlar çətin vaxtda vətəndaşa dövlətin sonuna qədər onların yanında olduğunu göstərib. Ona görə də ölkə əhalisi kütləvi şəkildə cənab Prezidentə təşəkkür məktubları ünvanlayaraq, xalqın da ölkə başçısının yanında olduğunu bildirir və Prezidentin həyata keçirdiyi uğurlu siyasətə görə onu dəstəkləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB