MM bələdiyyələrlə bağlı hesabatı qəbul etdi

MM bələdiyyələrlə bağlı hesabatı qəbul etdi

Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” məruzəsi dinlənilib. SİA-nın məlumatına görə, məruzəni Ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

O qeyd edib ki, 2019-cu il ərzində Ədliyyə Nazirliyinə inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 80 min 261 (ötən illə müqayisədə 11 faiz çox) bələdiyyə aktı, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 1796 akt hüquqi ekspertizadan keçirilib. Nəticədə 77 min 427 (96,6 faiz) akt qanunvericiliyə uyğun hesab edilib.

Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə