Ermənistanın təşkil etdiyi qondarma “seçkiləri” heç kim tanımadı - MÖVQE
"Bütün dünyanın koronavirus pandemiyasına qarşı mübarizə apardığı bir zamanda Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təşkil etdiyi qondarma “seçkilər” keçirməsi bir daha Ermənistan rəhbərliyinin, Ermənistan dövlətinin əsil simasını bütün dünyaya göstərdi. Bu “seçkilər” bir daha göstərdi ki işğal altında olan ərazilərdə yaşayan erməni əhalisinin təhlükəsizliyi, sağlamlığı Ermənistan rəhbərliyini maraqlandırmır. İndiki Ermənistan rəhbərliyi əvvəlki rəhbərlik kimi bu saxta seçkiləri keçirməklə işğal altında olan ərazilərdə nəzarəti saxlamaq istəyirlər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.
R.Əliyev qeyd etdiyinə görə, bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz rejimi heç kim tanımır: "“Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və bu barədə bəyanatlar verdilər. Bundan başqa ATƏT-in Minsk qrupunun həmsədrləri- Amerika, Fransa , Rusiya açıqlama verdi. Eyni zamanda ATƏT-in Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti açıqlama verdi.
120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı, 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı, 30 ölkəni birləşdirən Avropa İttifaqı , 50-yə yaxın ölkəni birləşdirən ATƏT bu “seçkiləri” tanımadı. Bu bir daha göstərdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB