"Bələdiyyə sədrinin də xalq tərəfindən seçilməsi məsələsinə baxmalıyıq" Azay Quliyev
“Bələdiyyələrin borclarının yığılıb qalması məsələsi də ciddi problemdir. Ümumilikdə hesabatda nə qədər bələdiyyənin hansı borcları olması qeyd olunması yaxşı olardı”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
O bildirib ki, eyni zamanda aktları ləğv edilmiş bələdiyyələrin də konkret adları hesabata salınsa, yaxşı olardı: “Həmçinin bu bələdiyyələrlə bağlı görülən hüquqi tədbirlər də hesabatda göstərilməlidir. Yeni seçilən bələdiyyə üzvləri vətəndaşların inam və etibarını qazanmağı bacarmalıdır ki, insanlar vergiləri ödəsinlər”.
A.Quliyev qeyd edib ki, ümumiyyətlə, bələdiyyələrin hesabatları həm elektronlaşmalı, həm də kifayət qədər əlçatan olmalıdır: “Bundan başqa, bələdiyyələrin müstəqil gəlir əldə etmək qaynaqları yaradılmalıdır. Bu da bələdiyyələrin sosial problemlərinin həllində mühüm rol oynayacaq. Gələcəkdə bələdiyyə sədrinin də xalq tərəfindən seçilməsi məsələsinə baxmalıyıq. Bakı bələdiyyələrinin mülkiyyətində olan torpaqların sərhədlərinin dəqiqləşməsinə də ehtiyac var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB