Xalq çətin gündə ölkə Prezidentinin yanındadır - ŞƏRH ÖZƏL

Xalq çətin gündə ölkə Prezidentinin yanındadır - ŞƏRH ÖZƏL

“Bu gün Azərbaycandakı vəziyyətlə dünyadakı vəziyyəti müqayisə edirik və görürük ki, Azərbaycanda vəziyyət çox yaxşıdır. Bu əlbəttə vətəndaş və dövlət həmrəyliyinin vəhdətindən xəbər verir. Əlbəttə bu gün vətəndaşların dövlətin çağırışlarına adekvat cavab verməsi çox önəmlidir. Çünki bir çox təzadlı informasiylar var. Koronavirusun yayılması ilə əlaqədar bir çox dezinformasiyalar mövcuddur”. Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, artıq əhali dövlətin və Nazirlər Kabineti yanında Operativ Qərargahın dediyi alqoritmlə hərəkət edir: “Bu qədər dezinformasiya olmasına baxmayaraq əhalinin Operativ Qərargahın dediklərinə inanaraq onların tapşırıqlarına əməl etməsi təqdirəlayiqdir. Bu çox yaxşı bir haldır. Düşünürəm ki, vətəndaşlar hər zaman öz höküməti ilə bu cü əlbir olmalıdır. Bu zaman dövlət və vətəndaş mənafeyinin üst-üstə düşdüyünü görərik”.

E.Hüseynov bildirib ki, hər gün Azad İstehsalçılar Birliyinə müxtəlif sayda telefon zəngləri gəlir: “Bu sorğular da bir daha göstərir ki, vətəndaş öz dövlətinin yanındadır. Vətəndaşlar ölkə Prezidentinin və Operativ Qərargahın çağırışlarına adekvat cavab verirlər. Buna görə də ölkədə vəziyyət yaxşıdır. Biz öz intizamımızla, tutduğumuz doğru yolla fəxr edə bilərik. Bütün bu hallar təbii ki, ölkədə razılıqla qarşılanır və cənab Prezidentə vətəndaşlar tərəfindən təşəkkür məktubları ünvanlanır. Bu da özlüyündə vətəndaşların çətin zamanlarda hər zaman ölkə prezidenti cənab İlham Əliyevin yanında olduqlarını göstərir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə