Energetika Nazirliyinin kollektivi qanvermə aksiyasında iştirak edib

Energetika Nazirliyinin kollektivi qanvermə aksiyasında iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi də qoşulub.

SİA-nın məlumatına görə, bu gün Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları Milli Hematologiya və Transfuziologiya Mərkəzində qanvermə aksiyasında iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə