Bələdiyyələrin qəbiristanlıqları idarə etməsinə hökumət maliyyə ayıracaqmı?

Bələdiyyələrin qəbiristanlıqları idarə etməsinə hökumət maliyyə ayıracaqmı?

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə (2019-cu il üzrə) Bələdiyyələrin qəbiristanlıqları idarə etməsi üçün hökumətdən maliyyə vəsaiti ayrılması da öz əksini tapıb. SİA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi illik məruzədə Ədliyyə Nazirliyi bələdiyyələrin qəbiristanlıqları idarə etməsi üçün Nazirlər Kabinetindən maliyyə vəsaiti ayrılmasını istəyib.

O bildirib ki, Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın bələdiyyələr tərəfindən öyrənilməsi və tətbiqinə kömək məqsədilə “Yaddaş kitabçası” hazırlanaraq bələdiyyələrə göndərilib: “Qaydalarda müəyyən edilən vəzifələrin icrası məqsədilə “Dəfnlərin vahid reyestrinin aparılması və bu reyestrdən arayış forması və verilməsi Qadası”nın, “Dəfnlərin qeydiyyat kitabının formasının və onun aparılması Qaydaları”nın, eləcə də “Qəbiristanlıqların nümunəvi nizamnaməsi”nin layihələri hazırlanıb. Eyni zamanda bu sahədə mövcud olan problemlərlə bağlı (əksər bələdiyyələrin zəruri texniki avadanlıqlara, İnternet şəbəkəsinə çıxışa malik olmaması, onlarda kompüter texnologiyası üzrə zəruri biliyə malik kadr çatışmazlığı, qəbiristanlıqların bələdiyyələrə verilməsi prosesinin başa çatmaması və s.) Nazirlər Kabinetinə müraciət edilərək qəbiristanlıqların idarə edilməsi üzrə bələdiyyələrin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin müəyyən edilərək ayılması, növbəti illərlə, xüsusilə də kənd bələdiyyələrinin büdcəsinə bu məqsədlə dotasiyaların artırılması, həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan qəbiristanlıqların dövlət reyestrində qeydə alınaraq bələdiyyələrə təhvil verilməsinə görə maliyyə və inzibati resursların müəyyən edilməsi məsələlərinə baxılması xahiş olunub”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə