"İnanırıq ki, Sizin rəhbərliyinizlə görülən tədbirlər sayəsində ölkəmizdə pandemiyanın sona çatmasına nail olacağıq"
Bu barədə Füzuli rayonundan Milli Qəhrəman ailəsi Ülviyyə Quliyevanın Prezident İlham Əliyevə minnətdarlıq məktubunda deyilir.
SİA Prezidentin saytına istinadən Ü.Quliyevanın məktubunu təqdim edir:
"Hörmətli cənab Prezident, Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. İstirahət etmədən xalqımızın qayğısına qalırsınız. Bu çətin günlərdə belə diqqətinizi bizdən əsirgəmirsiniz. Şəhid Milli Qəhrəman ailəsi olaraq Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyinizlə görülən tədbirlər sayəsində ölkəmizdə pandemiyanın sona çatmasına nail olacağıq. Cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!" şüarınızı dəstəkləyirik və hər zaman arxanızdayıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB