Xaricdə yaşayan azərbycanlılardan 5024 müraciət daxil olub

Xaricdə yaşayan azərbycanlılardan 5024 müraciət daxil olub

Koronavirusla bağlı 47 ölkədən 5100-dən çox vətəndaşımız Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib. SİA-nın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

F.Muradov bildirib ki, müraciətlərin çoxluğuna görə Türkiyə, Rusiya, İtaliya və digər ölkələri göstərmək olar.

O qeyd edib ki, komitənin qaynar xətti 24 saat ərzində bütün müraciətləri qəbul edir və aidiyyəti üzrə yönləndirir.

F.Muradov əlavə edib ki, bəzi şəxslər yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışsa da, bu cəhdlərin qarşısı alınıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə